IQNA

Quran tilavəti sənəti / 22

Qurani-Kərimi mənasına uyğun oxuyan qari

13:29 - January 26, 2023
Xəbər sayı: 3493616
Əbdül-Əziz Akaşe Qurani-Kərimin xüsusi qiraət tərzini təqdim etməklə şöhrət qazanmış Misirin görkəmli qarilərindən biridir. O, məna yönümlü qiraət edirdi. Həmçinin Quranın mənasına uyğun olaraq tonunu dəyişirdi.

Əbdül-Əziz Akaşe 1948-ci ildə anadan olub. Əbül-Eyneyn Şueyşə, Şəhhat Məhəmməd Ənvər və Məhəmməd Əl-Həlbavi kimi qiraətçilər ilə eyni dövrdə olan Misirin görkəmli qiraətçilərindən biri idi. O, Misirin Əl-Əzhər Universitetinin məzunlarından olub.

Dörd yaşında Quranı əzbərləmək üçün məktəbə gedən Əbdül-Əziz daha sonra doqquz yaşında təcvid öyrənməklə Qurani-Kərimi bütünlüklə əzbərləmək sertifikatını almağa müvəffəq olur.

Bacarıqlı qiraətçi olan Akaşe 16 yaşında Şeyx Mahmud Mənsurun istəyi ilə Qahirəyə gedib. Qahirənin məhəllə məscidlərindən birində azan oxumağa və dini məsələləri izah etməyə başlayıb.

Akaşenin güclü və cəlbedici səsi var idi. Onun güclü və cəlbedici səsi olduqca nəzərə çarpır. Səsinin digər qiraətçilərdən fərqləndirən başqa bir xüsusiyyəti də onun qiraətində zilə qalxmaması və qiraət zamanı tonunu dəyişməsidir.

Akaşe dinləyiciləri ilə ünsiyyət qurmaqda və Qurani-Kərimi oxuyarkən mənaya böyük önəm verməkdə, hətta bəzi hallarda xüsusi məna daşıyan sözləri vurğulamaqda gözəl məharətə malik idi.

Əbdül-Əziz Akaşedən studiya və məclisdə oxuduğu çoxlu qiraətlər yadigar qalmışdır. O, 2013-cü ildə 65 yaşında vəfat edib.

3940992

captcha