IQNA

Namazla tanışlıq / 7

İslamda namazın müqəddimələri

11:35 - January 27, 2023
Xəbər sayı: 3493617
Hər bir əməlin müqəddimələrə ehtiyacı var. Namazın əsas İslam ibadətlərindən biri kimi bizi namazın məqamı və fəlsəfəsi ilə daha yaxından tanış edən müqəddimələri var.

Namazda “təharətli” və pak olmaq lazımdır. Paltar və bədən murdarlardan təmizlənməli və əhkam kitablarında da qeyd olunduğu kimi dəstəmaz alınmalıdır.

Dəstəmaz namaza girməyə icazə və bu ibadəti etmək üçün mənəvi əsasdır və onsuz namaz batildir.

Dəstəmaz imanın bir hissəsidir, qəlbə nuranilik və mənəvi diqqət gətirir. İmam Rzanın (ə) nəzərinə görə, ibadət etmək üçün Rəbbinin qarşısında duran şəxs murdarlıqdan, tənbəllikdən və süstlükdən uzaq olmalıdır. Dəstəmazla qəlbi təmizləmək və Uca Allahın qarşısında dayanmağa hazırlamaq lazımdır.

Hər halda dəstəmazlı olmaq yaxşıdır. Dəstəmazla yatmağın belə gecə ibadətinin savabı vardır. Namaz, həcc, Quran oxumaq, dərs oxumaq kimi bir çox ibadətlər üçün dəstəmaz almaq lazımdır. Dəstəmazsız Quran ayələrinə, Allahın, Peyğəmbərin və imamlarımızın adlarına dəstəmazsız toxunmaq olmaz.

Əlbəttə ki, paltarın və bədənin zahiri təmizliyi və dəstəmaz almaqdan əlavə, qəlb də nifaq, paxıllıq və kin-küdurətdən uzaq olmalıdır. Həmçinin bədən üzvləri də başqa cinayət və günahlardan uzaq olmalıdır.

Yeri gəlmişkən! Əgər paltar və bədən təmiz olsa da, ruhu murdardırsa, bu riya deyilmi? Odur ki, gərək həm fiziki, həm zahiri təmizliyə, həm də batini və qəlb təmizliyinə çalışılmalıdır ki, Allah qarşısında durmaq daha ədəbli olsun.

“Cənabətli” olanlar üçün “qüsl” vermək vacibdir. Bunda bütün bədən xüsusi bir şəkildə yuyulur. Əgər su olmasa, yaxud su zərər olsa, yaxud dəstəmaz və qüsl imkanı olmasa, “təyəmmüm” etmək lazımdır.

Namaz qılan şəxs bədənini örtməlidir. İnsanın namaz üçün təmiz, ağ, ətirli paltar seçməsi daha yaxşıdır. Çünki Allahla görüşə gedir. Ədəbin şərti ən gözəl paltarı geyinməkdir.

Namaz qılanın paltarı və yeri “mübah” olmalıdır, yəni camaata aid olmamalıdır. Namaz qılan üzünü müsəlmanların Kəbəsinə və qibləsinə çevirməlidir. Baxmayaraq ki, Allah müəyyən bir yerdə deyil, O, hər yerdədir və hər yerdə bizə gözətçidir. Ancaq müqəddəs Kəbə və İlahi hərəmlə üzbəüz dayanmaq İbrahimin (ə) tövhid ənənələrini və o ata-oğulun Kəbəni tikməkdəki ixlasını xatırladır.

Qiblə müsəlmanların tövhid yönümünü göstərir. Təkcə namazda deyil, namazda, qurban kəsərkən, oturmaqda, yeməkdə və yatmaqda, ölünü dəfn etməkdə və sair bu kimi məsələlərdə üzü qibləyə durmaq lazımdır.

Bu, ömrümüz boyu diqqətimizi Allahın, sevgilimizin, rəbbimizin və mövlamızın evinə yönəldən bir dərsdir. Həmçinin müsəlmanların sıraları arasında birlik və nizam yaradır.

  • Möhsin Qəraətinin yazdığı "Namazla tanışlıq" kitabından götürülmüşdür.
captcha