IQNA

Avropa Birliyi: "Quranı yandırmaq utancverici bir hərəkətdir"

10:32 - January 29, 2023
Xəbər sayı: 3493627
Avropa Birliyinin Yaxın Şərq və Şimali Afrikadakı sözçüsü Quranın yandırılmasını utanc verici hərəkət hesab edib.

"İQNA", "Bəvabətul-Əvsət"-ə istinadən xəbər verir ki, Avropa Birliyinin Yaxın Şərq və Şimali Afrika üzrə sözçüsü Luis Bueno tvitində Qurani-Kərimin yandırılması ilə bağlı reaksiya verib.

O, bu tvitində Avropa Birliyində və dünyada bir çox insanın hiss və inanclarını incidən bu hərəkətin çox utancverici olduğunu vurğulayıb.

Bueno tvitində Avropada irqçilik, təəssübkeşlik və nifrət təzahürlərinə, o cümlədən müsəlmanlara qarşı nifrətə yer olmadığını vurğulayıb.

Ötən şənbə günü İsveçin paytaxtı Stokholmda baş verən Qurani-Kərimin yandırılması aktı dünya müsəlmanlarının qəzəbinə səbəb olub, bir çox ölkədə nümayişlər keçirilib.

Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, Mərakeş, Qətər, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan da daxil olmaqla bir sıra ərəb ölkələri Quranın yandırılmasını pisləyib.

4117867

captcha