IQNA

Bruneydə yeni ildə ilk Quran xətm edilməsi məclisi keçirilib

20:28 - January 31, 2023
Xəbər sayı: 3493640
Bruneyin Senqkuronq şəhərindəki Sultan Şərif Əli məscidində yeni ildə ilk Quran xətm edilməsi məclisi keçirilib.

"İQNA", "Borneo Bulletin"-ə istinadən xəbər verir ki, Bruneyin Senqkuronq rayonundakı Sultan Şərif Əli məscidində Quranla üns məclisi keçirilib. Bu məclisdə bölgə qarilərinin iştirakı ilə Quran xətm edilib.

Bruneydə Qurani-Kərimin xətm edilməsi mərasimi ötən illərdə Covid-19-un yayılması səbəbindən bir çox məhdudiyyətlərlə üzləşmişdi.

Bruneydə Quranın xətm edilməsi cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu mərasimdə çoxlu Quran qariləri və tələbələr iştirak edir. Bruneydə İslam və milli bayramlar və tədbirlər münasibəti ilə Quran xətm edilir.

Bu mərasimlər arasında hər il bu ölkənin şahının doğum günündə Quranın xətm edilməsini qeyd etmək olar. Bu dini məclis 2019-cu ildən bəri hər il keçirilən tədbirdir. Bu Quran məclisinin sonuncusunda iştirakçıların sayı 1080 nəfər olub.

4118304

 

captcha