IQNA

Əqidə prinsipləri; Nübüvvət / 12

Hər bir xalqın bir peyğəmbəri var

20:10 - February 02, 2023
Xəbər sayı: 3493648
Quranın bir neçə ayəsində insanların peyğəmbərlərə olan ehtiyacından bəhs . Bu ayələrdə vurğulanan müxtəlif cəhətlərə diqqət yetirilməsi nübüvvətin məqamını və məfhumunu daha çox aydınlaşdırır.

Bu ayələrdən bəzilərini aşağıda oxuyacaqsınız:

  “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” (Yunis, 47).

  “Elə bir ümmət yoxdur ki, onların içindən qorxutmaq üçün peyğəmbər gəlməsin” (Fatir, 24).

Bundan əlavə, bu ayədən istifadə olunur ki, Allah yer üzünün harasında olurlarsa olsunlar, bütün ümmətlərə peyğəmbər göndərmişdir. Baxmayaraq ki, onların hamısının tarixi bizə aydın deyil. Ona görə də bu suala yer qalmır ki, deyək, niyə bütün peyğəmbərlər Şərqdə olublar?

"Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir)” (Leyl, 12).

  “Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (Maidə, 50)

  “Tutarlı dəlil yalnız Allaha məxsusdur” (Ənam, 149).

  Artıq deyə bilməzsiniz ki, mən doğru yolu batildən ayıra bilmirdim. Çünki peyğəmbərlər kimi məsum rəhbərlərin mövcudluğuna baxmayaraq, bəhanə gətirmək yolu sənin üzünə bağlıdır. O böyük şəxsiyyətlərin məktəbinə və proqramına diqqət etmədiyiniz üçün sizi yalnız o qınaya bilər.

  “Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək, həlak olanın aşkar bir möcüzə (dəlil) ilə həlak olması, sağ qalanın da aşkar bir möcüzə ilə sağ qalması üçün (belə etdi). Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!” (Ənfal, 42).

  Bəli, yol və quyu aydın olmalıdır ki, hər bir insan tam bilik və sərbəstliklə seçim edə bilsin.

"Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan olaraq göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Nisa, 165).

  “Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Quran gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?” (Taha, 134).

  Bu ayə də əvvəlki ayə kimi buyurur: Əgər biz peyğəmbərləri göndərməzdən əvvəl camaatı məhv etsək, onlar etiraz etmək üçün ağızlarını açıb deyəcəklər: Ey Allahımız! Sən bizim yolumuzdan razı olmadın, nə üçün zillətə və bədbəxtliyə düşməmiş bizə bir peyğəmbər və bir elçi göndərmədin ki, bizi hidayət etsin?

 

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslami Əqidə prinsipləri; (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha