IQNA

Qahirə Kitab Sərgisində 30 000 nüsxə Quran paylanıb

20:42 - February 02, 2023
Xəbər sayı: 3493650
Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyinin stendində Qahirə Beynəlxalq Kitab Sərgisində 30 min cild Qurani-Kərim paylanılıb.

"İQNA", "Əl-Bilad"saytına istinadən xəbər verir ki, 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İslami İrşad Nazirliyinin stendi ziyarətçilərinə hədiyyə olaraq 30 cilddən çox Qurani-Kərim paylayıb.

Yanvarın 25-də sərgi başlayandan bu qədər Quran paylanılıb.

Bu nazirliyin stendinin bir hissəsi Kral Fəhd Qurani-Kərim Çap Mərkəzinə həsr olunub və dünyanın 76-dan çox dilinə tərcüməsi ilə Quranın çox müxtəlif variantlarını təqdim edir.

Bu stenddə müasir proqramlar də təqdim olunub. Həcc və Ümrənin virtual təhsili üçün ekranlar quraşdırılıb.

4119104

captcha