IQNA

Tacikistanda Orta Asiyanın ən böyük məscidinin rəsmi açılış tarixi açıqlanıb

18:55 - February 04, 2023
Xəbər sayı: 3493658
Tacikistanın Dini İşlər Komitəsinin rəhbəri Düşənbənin Böyük Məscidinin 2023-cü ilin ikinci rübündə rəsmi açılışının olacağını açıqlayıb.

"İQNA", "Asia Plus Tajikistan"-ə istinadən xəbər verir ki, Süleyman Dövlətzadə Qətər rəsmilərinin Tacikistana rəsmi səfərinin planlaşdırıldığını və bu məscidin Qətər nümayəndə heyətinin iştirakı ilə rəsmi açılışının olacağını açıqlayıb.

Tacikistan hakimiyyətinin bildirdiyinə görə, Orta Asiyanın ən böyük məscidi hesab edilən bu məscid 2020-ci ilin avqustunda açılmalı idi, lakin Covid-19-un yayılması səbəbindən təxirə salınıb.

100 milyon dollar dəyərində olan bu layihə Tacikistan prezidenti İmaməli Rəhmanın birbaşa nəzarəti altında həyata keçirilib. Qətər bu layihənin dəyərinin təxminən 70%-ni qarşılayıb.

Düşənbə Came məscidi 12 hektar ərazidə tikilib və burada ibadət zallarından əlavə kitabxana, muzey və iclas zalı var; Bu məscidin tutumu 120 min nəfər olacaq.

Tacikistanda 2000-ə yaxın məscid var ki, onlardan bəziləri bu ölkənin tarixi abidələri sırasındadır. Tacikistanda 9,1 milyonluq əhalinin təxminən 98%-i müsəlmandır.

4119577

captcha