IQNA

11:50 - August 27, 2026
Xəbər sayı: 3501053
Qərbi Kabilin cümə imamı Vəhdət Konfransının dördüncü vebinarında:

İmam Xamenei (r.ə) İslam ümmətinin vəhdət və həmrəyliyinin ən üstün nümunəsi idi

İQNA – Şeyx Alimi İslam ümmətinin vəhdət və bütövlüyünü İslamın ali dəyərlərindən biri və İslam dünyasının zəruri ehtiyacı kimi qiymətləndirərək, İslam ümmətinin şəhid rəhbəri, Həzrət Ayətullahul-üzma İmam Xameneini (r.ə) vəhdət və həmrəyliyin ən yaxşı örnəyi və nümunəsi kimi təqdim edib.

“İQNA”-nın Beynəlxalq İslam Vəhdəti Konfransının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Qərbi Kabilin cümə imamı Şeyx Əbdülqədir Alimi İslam Vəhdəti Beynəlxalq Konfransının dördüncü vebinarında İslam ümmətinin vəhdət və bütövlüyünün İslamın ali dəyərlərindən biri və İslam dünyasının zəruri ehtiyacı olduğunu vurğulayaraq, İslam ümmətinin şəhid rəhbəri Həzrət Ayətullahul-üzma İmam Xameneini (r.ə) vəhdət və həmrəyliyin ən yaxşı örnəyi və nümunəsi kimi təqdim edib.

O bildirib: "İslam dünyasının bütün elita nümayəndələrinə, alimlərinə və mütəfəkkirlərinə salam, hörmət və ehtiramımı bildirirəm. Allah-taaladan diləyirəm ki, İslam ümmətinə həmrəylik, qardaşlıq, ülfət və bütövlük nəsib etsin."

O əlavə edib: "İslam dünyasında vəhdət və həmrəyliyin carçısı olan şəhid rəhbərimiz, Həzrət Ayətullahul-üzma İmam Xameneinin (rəhmətlik) nurlu ruhuna salam göndərirəm."

Şeyx Alimi deyib: "İslam ümmətinin vəhdət və bütövlüyü mövzusu İslamın əsas dəyərlərindən biri və İslam dünyasının ehtiyac duyduğu məsələlərdən biridir. Ümmətin həmrəyliyi və birliyi həm şanlı Qurani-Kərimdə, həm də mötəbər İslam rəvayətlərində təkid və təsdiq olunub."

Qərbi Kabilin cümə imamı əlavə edib: "Allah-taala bu mübarək ayədə açıq şəkildə əmr edir: 'Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın'. Ayədə yalnız yapışmaq deyil, həm də 'cəmiən' (hamılıqla) sözü qeyd olunur. Yəni hamınız birlikdə ilahi ipdən yapışın, vəhdət içində və bütöv olun, təfriqədən, çəkişmədən, nifaq və ixtilaflardan uzaq durun."

O bildirib: "İslam ümməti bütöv, vahid və qüdrətli olmalıdır. Elmi ixtilaflar sosial çəkişmələrə, siyasi və ya qəlblərdəki ayrılıqlara səbəb olmamalıdır."

İslam dünyasının problemi; ixtilaf və çoxbaşlılıq

Qərb-i Kabulun cümə imamı əlavə edib: "Bu gün İslam dünyasının problemi müsəlmanların sayının azlığı deyil; Allaha şükür ki, bu gün dünyada kifayət qədər çox müsəlman var. Təəssüf ki, İslam dünyasının yeganə problemi ixtilaf və parçalanmadır."

İmam Xamenei (r.ə); vəhdətin ən yaxşı nümunəsi

Qərbi Kabilin cümə imamı qeyd edib: "O, öz bərəkətli ömrü boyu həmişə İslam ümməti arasında ittihad, qardaşlıq və həmrəylikdən danışır, bütün İslam dünyasında çalışırdı ki, heç kim məzhəb, etnik mənsubiyyət və ya coğrafi amillərlə müsəlman ümməti arasında təfriqə, nifaq və çəkişmə yaratmasın."

Həcc zəvvarları üçün vəhdət yaradan fətva

Qərbi Kabilin cümə imamı deyib: "İmam Xamenei (r.ə) müqəddəs Beytullahil-həram zəvvarları üçün fətva vermişdi ki, Məscidun-Nəbidə və Məscidul-Həramda onun təqlidçisi olan bütün şiələr həmin fətvaya əsasən, adətən Əhli-sünnə qardaşlarımızdan olan məscid imamına iqtida etsinlər (namazı ona qoşulub qılsınlar). Beləliklə, şiə və sünni eyni təkbir ilə ayağa dursun, eyni təkbir ilə rüku etsin, eyni təkbir ilə səcdədən baş qaldırsın və yan-yana sarsılmaz cərgələr yaradaraq bu kütləvi ibadəti yerinə yetirib vəhdət, həmrəylik və qardaşlıq ruhunu yaşatsınlar."

4371963

captcha