IQNA

12:01 - August 27, 2026
Xəbər sayı: 3501056

Nyu-York meri: Peyğəmbərin (s) təlimləri bəşəriyyətə ilham verir

İQNA – Nyu-Yorkun müsəlman meri mesaj yayaraq müsəlmanları Peyğəmbər Əfəndimizin (s) mövludu münasibətilə təbrik edib.

“İQNA”-nın məlumatına görə, Nyu-Yorkun müsəlman meri Zəhran Məmdani "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində mesaj yayımlayaraq, Peyğəmbər Əfəndimizin (s) mövludunun ildönümü münasibətilə bu şəhərdə yaşayan müsəlmanları, eləcə də dünyanın hər yerindəki müsəlmanları təbrik edib.

Nyu-York meri tvitində yazıb: "Nyu-York şəhərinin və bütün dünyanın müsəlmanlarının Peyğəmbərin (s) mövludu mübarək olsun."

O, daha sonra Həzrət Məhəmmədin (s) əbədi irsini yad edərək, o həzrətin təlimlərini "mərhəmət, səxavət, ədalət, iman və insanlara xidmət" kimi xarakterizə edib və vurğulayıb ki, bu təlimlər 1400 ildən çoxdur ki, bəşəriyyətə ilham mənbəyi olub.

Məmdani bu mesajında İslam Peyğəmbərinin (s) əməli sirlərinə işarə edərək qeyd edib ki, bu nümunə Nyu-York kimi meqapolisdə bir-birimizin qayğısına qalmağın, mədəni müxtəlifliyi qəbul etməyin və cəmiyyətə xidmət etməyin hamı üçün daha yaxşı bir Nyu-York qurmaq yolunda şəhəri daha da gücləndirdiyini xatırladır.

Nyu-York meri sonda bu mənəvi günü qeyd edən bütün insanlar üçün xoşbəxtlik, sülh və bərəkət arzulayıb.

4372167

captcha