IQNA

15:34 - September 01, 2026
Xəbər sayı: 3501094

Naftali Bennetin etirafı: İsrailin adı uşaq qətli ilə əlaqələndirilir

İQNA – Sionist rejimin keçmiş baş naziri etiraf edib ki, “İsrail” adı amerikalı tələbələr arasında “soyqırımı və uşaq qətli” ilə əlaqələndirilir.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sionist rejimin keçmiş baş naziri Naftali Bennet etiraf edib ki, “İsrail” adı amerikalı tələbələr arasında “soyqırımı” ilə əlaqələndirilir.

Bennet müsahibəsində deyib: “İsrail dövlətinin qurulmasından bəri ilk dəfə olaraq Amerika xalqı arasında İsrail mənfi bir brendə çevrilib.”

Bennet həmçinin bildirib: “Amerikalı bir tələbədən İsrail haqqında düşünəndə ağlına nə gəldiyini soruşsanız, ‘soyqırımı’ deyər.”

O, adətən müəyyən simvollarla tanınan ölkələrlə müqayisə apararaq əlavə edib: “İtaliya deyirsiniz, onlar ‘makaron və spagetti’ deyirlər. İsrail deyəndə isə ‘uşaq qatili’ deyirlər.”

Bennet “bunun doğru və ədalətli olmadığını” iddia etsə də, “vəziyyətin belə olduğunu” etiraf edib.

O, ictimai rəyin dəyişməsinin bir hissəsini “Qətərin Amerikadakı nüfuzu” adlandırdığı amillə əlaqələndirib və deyib: “Bunun bir hissəsi bizim Qətərə 25 il fəaliyyət göstərməsinə və nüfuz qazanmasına imkan verməyimizlə bağlıdır.”

Bu açıqlamalar sionist rejimin Qəzzada apardığı soyqırımı müharibəsinə və bu zolaqda humanitar vəziyyətin daha da pisləşməsinə görə artan beynəlxalq tənqidlərlə üzləşdiyi bir vaxtda səslənib.

Ötən ilin oktyabrında ABŞ-ın dəstəklədiyi atəşkəs razılaşması Qəzza zolağında qüvvəyə minib. Lakin həmin vaxtdan etibarən bu rejim tərəfindən atəşkəsin dəfələrlə pozulması nəticəsində zolağın müxtəlif bölgələrində 1300-dən çox fələstinli şəhid olub, 4300-dən çox insan isə yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin 2023-cü ilin oktyabrında bu sahil zolağına qarşı soyqırımı müharibəsinə başlamasından bəri 73 mindən çox fələstinli şəhid olub.

Bundan əlavə, sionist rejimin baş naziri “Benyamin Netanyahu” 2024-cü ildən etibarən Qəzzada törədilmiş hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışdadır.

4373054

captcha