IQNA

12:00 - September 02, 2026
Xəbər sayı: 3501099
Süni intellekt problemə səbəb oldu

Misir restoranı “Quran Radiosu”nun əqli mülkiyyət hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib

İQNA – Misirdə “Media Tənzimlənməsi üzrə Ali Şura”ya bağlı “Ümumi Nəzarət İdarəsi”nin araşdırmalarının nəticələrinə əsasən, şikayətlərə baxılması komitəsi ölkənin “Quran Radiosu”nun şikayətinə baxılması üçün bir restoranın sosial media hesablarının administratorunu iclasa çağırıb.

“İQNA”-nın “Sədyul-Bələd”-ə istinadən verdiyi xəbərə görə, Misirin “Media Tənzimlənməsi üzrə Ali Şurası” tərəfindən yayımlanan bəyanata əsasən, bu addım media qaydalarının pozulması və “Qurani-Kərim Radiosu”nun əqli mülkiyyət hüquqlarının pozulması səbəbilə atılıb.

Restoranın sosial media hesablarının administratoru süni intellektdən istifadə edərək həmin radio şəbəkəsinə məxsus audio faylı dəyişdirib və onu restoranın səhifəsində yayımlanan reklam çarxında fon səsi kimi istifadə edib.

Bu tədbir Misirin “Media Tənzimlənməsi üzrə Ali Şurası”nda fəaliyyət göstərən “Ümumi Nəzarət İdarəsi”nin apardığı monitorinq tədbirlərindən sonra həyata keçirilib.

Şura tərəfindən yayımlanan bəyanata əsasən, qərar media qaydalarının pozulması və Misirin “Qurani-Kərim Radiosu”nun əqli mülkiyyət hüquqlarının pozulması səbəbilə qəbul edilib. Sözügedən pozuntu radio şəbəkəsinə məxsus audio faylın süni intellekt vasitəsilə dəyişdirilməsi və daha sonra həmin səsin restoranın səhifəsi üçün hazırlanmış reklam çarxında fon səsi kimi istifadə edilməsindən ibarət olub.

4373206

captcha