“Vəhyin mesajı” silsiləsi mövzuya uyğun ayələri seçməklə vəhyin yüksək məfhumları ilə müasir insanın gündəlik həyatı arasında real əlaqə yaratmağa çalışır. Bu silsilədə hər bir ayə oxucuya ilhamverici, düşündürücü və həyatda tətbiq oluna bilən bir mesaj kimi təqdim olunur.
فَلَنَقُصَّنَّ عَلَیْهِمْ بِعِلْمٍ وَمَا كُنَّا غَائِبِینَ
“Şübhəsiz ki, həmin gün onlara (etiqadlarının, əməllərinin və əxlaqlarının zahiri və batini tərəflərini) dəqiq və əhatəli elm əsasında xəbər verəcəyik. Çünki Biz onlardan heç vaxt qafil olmamışıq (heç vaxt onların yanında olmamağımız mümkün deyil). (Əraf surəsi, 7-ci ayə)
