IQNA

17:05 - November 02, 2026
Xəbər sayı: 3501532

Dubayda Quranın hifzi mərkəzinin açılışı

İQNA – Dubay İslami İşlər və Xeyriyyə Fəaliyyətləri Departamentinin tərəfdaşlığı ilə şəhərin "Əl-Qouz əl-Üla" rayonunda "Şeyx Rəşid bin Məhəmməd bin Rəşid Al Maktum" Quran hifzi mərkəzi açılıb.

3

"İQNA" informasiya agentliyinin "Ət-Təvasül"ə istinadən verdiyi məlumata görə, Dubay İslami İşlər və Xeyriyyə Fəaliyyətləri Departamenti Dubay hakiminin həyat yoldaşı Şeyxə Hind bint Məktum bin Cümə Al Maktumun dəstəyi ilə "Əl-Qouz əl-Üla" rayonunda "Şeyx Rəşid bin Məhəmməd bin Rəşid Al Maktum" Quran hifzi mərkəzini istifadəyə verib.

Bu təşəbbüs Quran xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə, bu xidmətlərin cəmiyyətə daha da yaxınlaşdırılmasına və qız tələbələrin ehtiyaclarına və arzularına uyğunlaşdırılmış hərtərəfli təhsil mühitinin yaradılmasına verilən önəmi əks etdirir.

Həmçinin mərkəzin açılmasında məqsəd islam dəyərlərini inkişaf etdirmək və gələcək nəsillərin Quranla bağını gücləndirməkdir.

Dubay İslami İşlər və Xeyriyyə Fəaliyyətləri Departamentinin Bilik və Quran Hifzi Mərkəzləri şöbəsinin müdiri Şeyxə Sultan əl-Məri bu barədə bildirib ki, bu mərkəzin açılması şəhərdəki Quran xidmətləri sisteminə dəyərli bir töhfədir.

O əlavə edib ki, bu mərkəz cəmiyyətin ehtiyac və istəklərinə uyğun olaraq təhsil üsullarını inkişaf etdirməyə və Quran xidmətlərinə çıxışı genişləndirməyə çalışacaqdır.

Əl-Qouz əl-Üla rayonunda Şeyx Rəşid bin Məhəmməd bin Rəşid Al Maktum Quran hifzi mərkəzinin təsis olunması yaşayış məntəqələrində Quran xidmətlərinin göstərilməsini gücləndirir.

Bu, yüksək keyfiyyətli məzmunun, çevik planlaşdırmanın və əlçatan xidmətlərin inteqrasiyası yolu ilə Quran təhsili sistemini inkişaf etdirmək üçün Dubay İslami İşlər və Xeyriyyə Fəaliyyətləri Departamentinin davamlı səylərini əks etdirir.

Ötən dövrdə olduğu kimi, bu addım da Quran hifzi mərkəzlərinin cəmiyyətə xidmətdə rolunu gücləndirir və Quranla, eləcə də onun uca və dözümlülükə əsaslanan dəyərləri ilə dərin bağı olan nəsillərin yetişməsinə kömək edir.

4386162

Teqlər: dubay ، quran ، hifz ، mərkəz ، İslam
captcha