İQNA – Misirin vəqflər naziri ölkəsinin qarilərindən biri olan Bilal Seyfə Moskva beynəlxalq Quran yarışında dördüncü yeri və "Xalq mükafatı"nı qazanması münasibətilə təbrik ünvanlayıb.
“İQNA” informasiya agentliyinin "Sədyul-Bələd"ə istinadən verdiyi məlumata görə, Misirin vəqflər naziri Usamə əl-Əzhəri 26-cı Moskva beynəlxalq Quran yarışında dördüncü yeri və xalq mükafatını qazanan Bilal Seyfi təbrik edib. O, "Təlavət dövləti" televiziya Quran yarışının birinci mövsümünün seçilən iştirakçısı və həmin mövsümdə tərtil nominasiyası üzrə birinci yerin sahibidir.
Vəqflər naziri yaydığı bəyanatda bu nailiyyətdən qürur duyduğunu bildirərək, bunu Bilal Seyfin üstünlüyünün və məharətinin göstəricisi adlandırıb.
O vurğulayıb ki, bu uğur Misir qarilərinin beynəlxalq Quran məclislərindəki parlaq tarixinə yeni bir şərəf əlavə edir və Misir təlavət məktəbinin uca mövqeyini, həmçinin bu ölkənin Qurana xidmət sahəsindəki davamlı liderliyini nümayiş etdirir.
Əl-Əzhəri misirli qariyə uğurlarının davamlı olmasını, ilahi hidayətdən bəhrələnməyi, gündən-günə parıldamağı və daha böyük nailiyyətlər qazanmağı arzulayıb. O, ümidvar olduğunu bildirib ki, Seyf bundan sonra da misirli qarilər üçün layiqincə nümunə və beynəlxalq arenada ölkəsinin təlavət məktəbinin səfiri olaraq qalacaq.
Qeyd edək ki, misirli qari və hafiz şeyx Bilal Seyf ötən cümə günü, oktyabrın 29-da keçirilən 26-cı Moskva beynəlxalq Quran yarışında xalq mükafatını qazanaraq beynəlxalq Quran yarışlarında yeni bir uğura imza atıb.
Bu nailiyyət Bilal Seyfə "Təlavət dövləti" televiziya Quran yarışının birinci mövsümündə iştirakı müddətində tamaşaçıların diqqətini cəlb etməkdə qazandığı uğurdan sonra beynəlxalq Quran səhnəsində mühüm mövqe qazandırıb.
4386190