İQNA – İsveç məhkəməsi sağçı ekstremist Ceyd Sendberqi (Jade Sandberg) nifrət cinayəti törەtmək və Qurana təhqir etmək ittihamı ilə məhkum edib.
“İQNA” informasiya agentliyinin "Əl-Qüds əl-Ərəbi"yə istinadən verdiyi məlumata görə, bu hökm onun 2024-cü ildə İsveçin paytaxtı Stokholmda Qurana qarşı törөtdüyü əmələ görə çıxarılıb.
Ötən cümə günü, oktyabrın 30-da Stokholm Rayon Məhkəməsi 50 yaşlı Ceyd Sendberqi şərti həbs cəzasına və 3000 İsveç kronu (təqribən 275 avroya ekvivalent) məbləğində cəriməyə məhkum edib.
Məhkəmə həmçinin onu cinayət qurbanlarına dəstək fonduna 1000 kron, təyin olunmuş vəkilin (ictimai müdafiəçinin) xərclərinə görə isə dövlətə 17000 kron (təqribən 1500 avroya ekvivalent) ödəməyə məcbur edib.
Bunun əksinə olaraq, məhkəmə Ceyd Sendberqi Stokholmdakı məscidin qarşısında törөtdüyü təhrikedici aksiya zamanı səsləndirdiyi "Biz küçələrimizdə müsəlman istəmirik" sözləri ilə bağlı digər ittihamdan bəraət qazandırıb.
Ceyd Sendberq 2024-cü il avqustun 24-də İsveç paytaxtındakı "Odenplan" meydanında Quran nüsxəsini yandırıb və onu ayaqlayıb.
O, həmçinin bu hadisəni sosial şəbəkələrdəki hesabı vasitəsilə canlı yayımlayıb ki, bu da ona qarşı rəsmi şikayətlərin qeydə alınmasına səbəb olub.
Həmçinin Stokholımda yaşayan İraq əsilli Səlvan Nəcm Ceyd Sendberqlə birlikdə Stokholmda İsveç parlamentinin qarşısında Quran nüsxəsini yandırmazdan əvvəl dini geyimlərdə performans nümayiş etdiriblər.
Yayılmış videoda həmin iki nəfərin əllərində mikrofon tutaraq islamofob və təhrikedici sözlər dedikləri görünürdü.
4386227