IQNA

İndoneziyada qədim Quran əlyazmalarına həsr olunmuş beynəlxalq seminar keçirilib

İQNA – İndoneziyanın paytaxtı Cakartada İran İslam Respublikası da daxil olmaqla müxtəlif ölkələrdən Quran elmləri üzrə 200-ə yaxın ustad və tədqiqatçının iştirakı ilə “Qədim Quran əlyazmaları və onların Qurani-Kərimin tarixində rolu: Məşhəd Rəzəvi müshəfindən alınan dərslər” adlı beynəlxalq seminar keçirilib.