IQNA

16:39 - November 03, 2026
Xəbər sayı: 3501542

Britaniyalı deputat müsəlmanlara qarşı nifrət çağırışlarına qarşı tədbirlər görülməsini tələb edib

İQNA – Britaniya parlamentinin üzvü nifrət zəminində törədilən cinayətlərlə mübarizə aparmaq üçün daha sərt tədbirlərin görülməsinə çağırıb.

5

“İQNA”-nın “The Argus” nəşrinə istinadən verdiyi məlumata görə, Britaniya parlamentinin üzvü Kris Vord (Chris Ward) Brayton şəhərindəki məscidə hücumun birinci ildönümü münasibətilə hökumətin məscidlərin təhlükəsizliyi üçün əlavə vəsait ayırmasını, eləcə də müsəlman icmalarının qorunmasına yönəlmiş 10 milyon funt sterlinqlik dəstək paketini müsbət qiymətləndirib.

Baş vermiş yanğın nəticəsində məscidin giriş hissəsinə ciddi ziyan dəyib, yaxınlıqda yerləşən avtomobillərdən biri isə tamamilə yanaraq məhv olub. Hadisədən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer və həmin dövrdə daxili işlər naziri vəzifəsini icra edən Şabana Mahmud müsəlman icmalarına dəstəklərini nümayiş etdirmək məqsədilə məscidə baş çəkiblər.

Vord bildirib: “Oktyabr ayı Peysheven məscidinə qarşı törədilmiş dəhşətli yandırma hücumunun birinci ildönümünü xatırladır. Bu hücum son dərəcə sarsıdıcı idi və haqlı olaraq cəmiyyətimizdə ciddi narahatlıq doğurdu”.

O, sözlərinə əlavə edib: “Biz yalnız hücum baş verdikdən sonra reaksiya verməklə kifayətlənməməliyik. İnsanların öz icmalarında təhlükəsizlik hiss etmələrini təmin etməli, harada baş verməsindən asılı olmayaraq nifrət çağırışlarına qarşı mübarizə aparmalı və insanları bir-birinə daha da yaxınlaşdırmalıyıq”.

Deputat, həmçinin nifrət zəminində törədilən cinayətlərin qarşısının alınmasının vacibliyini vurğulayıb.

4386452

captcha