İQNA – Liviyada şəriət hökmlərinin verilməsi üzrə əsas qurum olan Liviya Darül-İftası fətva verərək "Nike" ticarət nişanı olan geyimlərin alınmasını və geynilməsini caiz bilməyib.
“İQNA”-nın "Ərəbi 21"ə istinadən verdiyi məlumata görə, Liviyada şəriət hökmlərinin əsas orqanı olan Darül-İfta fətva verərək "Nike" ticarət nişanı olan geyimlərin alınmasını və geynilməsini caiz hesab etməyib.
Xəbərə görə, bu qurumun fətva komitəsi qərarında bu brendin geyimlərinin geyinilməsinin şəri hökmü ilə bağlı sual aldığını bildirib. Həmin sualda qeyd olunmuşdu ki, "Nike" adı yunan sözü olub "qələbə ilahəsi" mənasını verir və yunan mifologiyasındakı personajlardan birinə işarə edir.
Komitə izah edib ki, "Nike" şirkətinin qurucusu öz xatirələrində bu şirkət loqotipinin dizaynının yunan mifologiyasındakı "qələbə ilahəsi"nin qanadlarından ilhamlanaraq yaradıldığını qeyd edib. Adıçəkilən komitə belə nəticəyə gəlib ki, bu nişanı daşıyan geyimlərin alınması və geynilməsi "şirk"lə (Allaha şərik qoşmaqla) əlaqəli simvolların təbliği deməkdir və buna görə də caiz deyil.
Bundan əlavə, sözügedən komitə öz mövqeyini "Nike" şirkətinin 2008-ci ildə üç amerikalı yəhudi tərəfindən təsis edilmiş "Ultimate Peace" təşkilatını dəstəklədiyini qeyd etməklə əsaslandırıb.
Fətva komitəsi bildirib ki, bu şirkətin həmin təşkilata dəstəyi əslində ərəb və israilli uşaqlar arasında münasibətlərin "normallaşdırılması"nın təbliği deməkdir.
Fətva komitəsi müraciətinin sonunda müsəlmanları "Nike" şirkətinin məhsullarından istifadə etməməyə, onları satmamağa və ya almamağa çağırıb. Bu addım dini qeyrətin rəmzi, Fələstin xalqına dəstək yolu və düşmənlərlə mübarizə üsulu kimi qiymətləndirilib.
4386609