İraq "Hizbullah"ı baş katibi ABŞ-ı ittiham edən bəyanat yayıb

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla xəbər verir ki, İraqın "Kətaib Hizbullah" briqadalarının baş katibi Əhməd əl-Həmidavi dünən axşam saatlarında son baş verən hadisələrlə əlaqədar olaraq bəyanatla çıxış edib.

 O, bəyanatında vurğulayıb ki, müqavimət cəbhəsi heç bir halda silahlı mübarizədən geri çəkilməyəcək.

 "Heç bir halda terrorçular və onların dəstəkçilərindən qorxmuruq. Onlar İraqın əvvəlki günlərinə qayıtmağını istəyirlər. Rifah və təhlükəsiz İraq onların istədiyi ölkə deyil", - deyə Əhməd əl-Həmidavi diqqətə çatdırıb.  

Əhməd əl-Həmidavi əlavə edib ki, İraq döyüşçüləri ABŞ və əlaltı terrorçularını hər cəbhədə məğlub edəcəklər.