IQNA

Afinada müsəlmanların namazxanası yandırılıb

21:18 - May 09, 2011
Xəbər sayı: 2119490
Beynəlxalq şöbə: Yunanıstanın paytaxtı Afinada müsəlmanların namazxanasına naməlum şəxslə hücum edib, namazxananı yandırıblar.
İQNA Quran agentliyinin “Europe1” saytına istinadən verdiyi məlumata görə, Afinada müsəlmanların namaz qılmaq üçün toplaşdığı mayın 8-də bir neçə nəfər naməlum şəxs hücum edib, namazxananı yandırıb.
Yunanıstan polisi elan edib ki, namazxana binanın birinci mərtəbəsində yerləşib. Yanğını törədən şəxslər şüşələri sındırdıqdan sonra binanın içində partlayıcı maddə atıblar. Bu isə yanğına səbəb olub.
Polisin məlumatına bildirilir ki, naməlum şəxslər hadisə yerini tərk etməzdən öncə namazxananın divarları üzərində İslam dininə qarşı şüarlar yazıblar. Polis cinayəti törətmiş şəxslərin axtarışını davam edir.
Qeyd edək ki, Avropa Birliyinə üzv olan Yunanıstanın paytaxtı Afina yeganə şəhərdir ki, orada müsəlmanlar üçün məscid yoxudur. Müsəlmanlar öz dini ayinlərini evlərdə həyata keçirirlər. 788477
captcha