IQNA

Həzrəti Məhəmməd (s) filmi Türkiyədə nümayiş olunacaq

13:49 - October 04, 2016
Xəbər sayı: 3480865
Terhan, 04.10.2016 – Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, oktyabrın 28-dən etibarən Türkiyədə nümayiş olunacaq.

Həzrəti Məhəmməd (s) filmi Türkiyədə nümayiş olunacaq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, film Türkiyənin müxtəlif şəhərlərində kinozallarda nümayiş olunacaq.

Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir "Oskar" laureatı hindistanlı Allah-Raxa Rəhmandır.

Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.

Teqlər: həzreti muhammed ، film ، türkiye ، iqna ، İkna
captcha