İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul- İslam vəl- müslimin Seyid Əli Qazi Əskər – dünya müsəlmanlarının dahi rəhbəri və "vəliyyi-fəqih"i Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin Həcc işləri üzərə nümayəndəsi, bu gün, həftənin birinci günü, İİR-nın Həcc idarəsi məsullarının mətbuat toplantısında Ərəbistanın İrana bu ilin Həcc mərasimi üçün rəsmi dəvətnamə göndərdiyini xəbər verərək dedi: Bu barədə Ərəbistanın Həcc məsulları ilə ikitərəfli danışıqlar aparmaq üçün hazırlıq işləri görülür.
Höccətul- İslam vəl- müslimin Seyid Əli Qazi Əskər – dünya müsəlmanlarının dahi rəhbəri və "vəliyyi-fəqih"i Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin Həcc işləri üzərə nümayəndəsi, vurğulayıb: Bu ilin dəvətnaməsi öncəki illər ilə müqayisədə çox fərqli bir tonda yazılmışdı və İİR-nın Həcc mərasimi üçün nəzərdə tutduğu şərtlər əsasında bu məktubun cavabı yaxın günlərdə veriləcəkdir.
http://iqna.ir/fa/news/3561439