IQNA

İslam İnqilabının Rəhbəri bu gün səhər Ayətullah Rəfsəncaninin cənazə namazını qıldı

11:02 - January 10, 2017
Xəbər sayı: 3481246
Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin cənazə namazı bu gün, səhər saatlarında İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei və xalqın izdihamlı iştirakı ilə Tehran universitetində qılındı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının keçmiş prezidenti və "İslam Cümhuriyyətinin Məsləhətinin Təyini Şurası"ın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin cənazə namazı bu gün səhər, 10 Yanvar 2016-cı il, saat 8:30-da, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei, bütün dövlət rəsmiləri, xarici qonaqlar və xalqın izdihamlı iştirakı ilə Tehran universitetində qılındı.

Mərasim Quran-Kərimin tilavəti ilə başlayıb və cənazə namazından sonra Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin başsağlığı ismarıcı qiraət edilib və daha sonra isə əzadarlıq mərasimi keçirilib.

Səhər saat 10:00-da isə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei cənabları öz keçmiş dostu və inqilab illərində mübarizə yoldaşının cənazəsi ilə vidalaşmaq üçün cənazəni ölkə rəsmiləri və xalq ilə birlikdə Tehran universitetindən İmam Xomeyninin (r.ə) hərəmi istiqamətində müşayət ediblər.

Qeyd edək ki, İran İslam Respublikasının keçmiş prezidenti və "İslam Cümhuriyyətinin Məsləhətinin Təyini Şurası"ın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncani keçən həftənin bazar günü qəlb infarktı səbəbi ilə xəstəxanaya yerləşdirilmiş və axşam saatlarında isə 82 yaşında ikın vəfat etmişdi.

İran dövləti bu münasibətlə ölkədə 3 gün ümumi əzadarlıq elan edib. Həmçinin bu münasibətlə sabah, həftənin 3-cü günü, Yanvar ayının 11-də, İran vaxtı ilə saat 9:30-dan 12:00-dək İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei cənabları tərəfindən "İmam Xomeyni (r.ə) Hüseyniyyəsi"ndə əzadarlıq mərasimi keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3561449



captcha