IQNA

İraqda “İŞİD-dən sonrakı İraq” konfransı keçirildi

10:59 - January 16, 2017
Xəbər sayı: 3481263
İraq parlamentində keçirilən konfransda İran, Livan, Misir, Suriya və İordaniya rəsmiləri də iştirak edib.


İraqda

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, ölkə parlamentində keçirilən konfransda İran, Livan, Misir, Suriya və İordaniya rəsmiləri də iştirak edib.

Konfransda çıxış edən ölkənin baş naziri Heydər əl-Abadi bildirib: "İraq qonşu ölkələr üçün təhlükə mənbəyi deyil. Biz İraqın konstitusiyasında qeyd olunan "qonşu ölkələrə təcavüzə mane olmaq” bəndinə sadiqik.”

İraqda qazanılan qələbələrin sirrinin vəhdətdə olduğunu deyən ölkə prezidenti Fuad Məsum bildirib: "Ölkənin əksər bölgələri terrorçulardan təmizlənib. Mosulun da tamamilə təmizlənməsinə az qalıb.”

Teqlər: İraq ، İŞİd ، terörizm ، livan ، misir ، suriya ، iqna ، quran
captcha