IQNA

Müsəlman sərmayədarlar üçün "halal qida" bazarında yaşıl işıq

11:22 - January 22, 2017
Xəbər sayı: 3481278
Xorvatiyanın keçən il halal turizimdən əldə etdiyi gəlir 100 milyard dolları keçidikdən sonra bu ölkə Fars körfəzi ölkələrinin halal turizm sahəsində sərmayə yatıracaqlarına ümidvarlıq edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xorvatiya respublikası keçən il ölkədə turistlərə göstərdiyi halal xidmətlərdən 100 milyard dollar gəlir əldə edib. Buna görə də ölkə rəhbərliyi Fars körfəzi ölkələrinin Xorvatiyanın halal turizm sahəsinə sərmayə qoyacaqlarına ümidvar olduğunu bildirməklə müsəlman sərmayədarlara halal qida bazarına giriş üçün yaşıl işıq yandırıb.

Əlauddin Daqanoviç – Xorvatiyanın "halal qida keyfiyyətlərinə nəzarət sertifkatı verilməsi mərkəzi"nin müdiri, bu barədə deyib: Xorvatiya təbii gözəllik, asayiş, təhlükəsizlik və multikulturalizmə malik bir ölkədədir. Bundan əlavə burada halal qidanın təmin edilməsi, halal standartlarına malik restoranların olması, halal servis və xidmətlərlə işləyən mehmanxana və hotellərin mövcudluğu və müsəlman turistlərə bələdçilik və s... arzuolunan xidmətlər İslami irsi qoruyub saxlayıb.

O əlavə edib: Xorvatiyanın 85% qida istehsalı hala qidalardır. Və bu da səbəb olur ki, müsəlman turistlər ölkənin paytaxtı Zaqrebdə halal turizim xidmətlərindən can rahatlığı ilə faydalansınlar.

Əlauddin Daqanoviç deyib: Xorvatiyanın "halal qida keyfiyyətlərinə nəzarət sertifkatı verilməsi mərkəzi" halal qida məshullarının təbliği və genişləndirilməsi yönündə əsas və təsirli rolu oynayır, amma eyni halda Xorvatiyanın Milli Turizim Şurası da Orta Şəqr ölkələrindən ölkənin halal qida məhsulları üçün yeni bazarlar tapmağa və ölkəyə daha çox müsəlman turistlərin cəzb edilməsi üçün çalışır.

Xorvatiyanın Milli Turizim Şurasının nümayəndəsi Yelena Eslaviyeviç İslami turizimin genişləndirilməsi yönündə çıxışında bu barədə deyib: Xorvatiyanın halal qida məhsulları sahəsində əldə etdiyi gəlir 2014-cü ildə 7 milyard 800 min dollar olmuşdur. Bu isə 2013-cü il ilə müqayisədə 2.8% inkişaf deməkdir.

Xorvatiyanın turizm rəsmilərinin açıqlamalarına görə Xorvatiya əsasən avropalı turistlərin səfər etdiyi ölkələrdən olmasına baxmayaraq bu ölkəyə Orta Şərq və Fars körfəzi ölkələrindən də çox sayda turistlər səfər edirlər.

Buna görə Xorvatiya 2010-cu ildə "halal qida keyfiyyətlərinə nəzarət sertifkatı verilməsi mərkəzi"ni təsis etdi.

Bundan əlavə ilk dəfə olaraq müsəlmanların dini ayinlərini rahat şəkildə icra etməsi üçün Adriatik dənizi sahillərində məscid tikdi.

Qeyd edək ki, Xorvatiyadan İslam dini 100 il öncə rəsmi din olaraq tanınıb.

http://iqna.ir/fa/news/3564770/


captcha