İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələrdə slovakiyalı bir qadının Quran- Kərimə hörmətsizliyi qeydə alınan bir videoklip yayımlanıb. Görüntülərdə arxa fonda Slovakiyanın bayrağı olan bir qadın müsəlmanların müqəddəs kitabı Quran- Kərimə həyasızcasına hörmətsizlik edərək yandırır.
Quran- Kərimi təhqir edən qadının videosunun yayılmasının ardınca Slovakiya polisi bu qadının kimliyinin araşdırılması istiqamətində işə başlayıb.
Bu qadın görüntülədiyi bu videoklipdə həyasızcasına çıxışının ardınca deyir: Bu, müsəlmanların bütünlüklə məhvi üçün təkcə ilk addım sayılır. Mən heç bir qanuni təqib və cəzadan qorxmuram. Polis də məni müsəlmanları məhv etmək yolundan döndərə bilməyəcək.
Bu videoklipdə Quran- Kərimi təhqir edən qadın iqrçi və təəssübçü sözlər də deyir, müsəlamanları cəmiyyətin əngəlləri adlandırır və ölümə təhdid edir.
Slovakiyanın cinayət qanunları üzərə mütəxəssisləri bu qadının Quran-Kərimə qarşı törətdiyi cinayəti çox radikal bir addım adlandırıblar.
http://iqna.ir/fa/news/3575281