IQNA

Vaşinqtonun "Kitsab" şəhəri də məscid sahibi oldu

10:09 - February 20, 2017
Xəbər sayı: 3481369
Amerikanın Vaşinqton əyalətininin Kitsap şəhəri müsəlmanları on il intizar çəkdikdən sonra və xalqın maddi dəstəyi ilə məscid sahibi oldular.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Vaşinqton əyalətininin Kitsap şəhəri (Kitsap County, Washington) müsəlmanları on il intizar çəkdikdən sonra və xalqın maddi dəstəyi ilə məscid sahibi oldular.

"Kitsapsun" xəbər və informasiya portalının yaydığı bu məlumatda deyilir ki, bu məscidin açılışından öncə Kitsap şəhərinin əksəriyyəti İraq Kürdüstanından mühacirətdə olan on beş müsəlman ailəsi camaat namazlarını kompasınn vasitəsilə qiblə təyin edərək müsəlmanlardan birinin evində qılırdılar.

Əhməd Əmu – Kitsap məscidinin Mərakeş əsilli camaat imamı, dedi: Biz burada bütün insanlara xoşgəldin deyirik və qapımız hamıya açıqdır.

O, Kitsap şəhərinin Cef Kruger adlı vətəndaşının beş il öncə Quran- Kərimi oxuduqdan sonra İslam dinini qəbul etməsinə və müsəlman olmasına işarə edərək vurğuladı: Bu şəhərdə məscid olmadığı üçün Cef Kruger və bir çox müsəlmanlar məcbur idilər ki, Cümə namazını qılmaq üçün "Siyatetl" şəhərinə getsinlər.

Əhməd Əmu – Kitsap məscidinin Mərakeş əsilli camaat imamı, əlavə etdi: Məscid tikmək üçün münasib məkan tapmaq problem və çətin idi. Amma şəhərin "Meryin Drayv" bankı bağlandıqdan sonra müsəlmanlar 21 min dollar civarında pul toplayaraq bu bankın binasını aldılar və bu binanı məscid düzəltdilər.

Təzə müsəlman olmuş Kruğer bu məsələni təsdiqləyərək dedi: Bir çox müsəlman ailələri özlərinin dar günləri üçün qənat edib topladıqları bütün pulları məscidin alınması üçün hədiyyə etdilər.

http://iqna.ir/fa/news/3575998

شهر «کیتساپ» در واشنگتن صاحب مسجد شد


Teqlər: iqna ، abş ، kitsap ، məscid
captcha