IQNA

Britaniyalı müsəlman müəllimin ABŞ səfəri maneə ilə üzləşdi

11:52 - February 22, 2017
Xəbər sayı: 3481382
İslandiya təhlükəsizlik qüvvələri britaniyalı müsəlman müəllimi heç bir dəlil göstərmədən ABŞ-a uçan təyyarəyə minməyə qoymadılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslandiya təhlükəsizlik qüvvələri britaniyalı müsəlman müəllimi heç bir dəlil göstərmədən ABŞ-a uçan təyyarəyə minməyə qoymadılar.

Britaniyanın "Guardian" qəzeti bu hadisə barədə yazır: İslandiyanın paytaxtı Rikyavik şəhərinin hava limanı təhlükəsizlik qüvvələri Britaniyanın Velz əyalətinin Suanzi əhalisindən olan Cohel Meyahın qarşısını alaraq və heç bir dəlil göstərmədən onu Amerika istiqamətində uçacaq təyyarəyə minməyə qoymayıblar.

Britaniyalı bu cavan müəllim, işlədiyi məktəbin şagirdləri ilə birlikdə bir həftə öncə Amerikaya tədris və təlim proqramları ilə bağlı səfər etmək istəyirdilər ki, bu hadisə baş verib. Trampın fərmanın federal məhkəmə tərəfindən ləğvindən sonra əllərində mötəbər sənəd və vizaları olmasına baxmayaraq bu hadisə ilə üzləşən müəllim və şagirdləri şoka düşüblər.


Britaniyanın Velz əyalətinin Suanzi əhalisindən olan Cohel Meyah bu hadisə barədə deyib ki, uçuşun vaxtına çox az qalmış bir zamanda bu hadisə ilə qarşılaşması ona mənfi təsirlər yaradıb, hava limanında hamının ona cinayətkar kimi tamaşa etməsi onda ruhi sıxıntılar yaradıb və səbəb olub ki, neçə gün yaxşı yata və istirahət edə bilməsin.

Xüsusi xidmət orqanları tərəfindən təhqir ilə yoxlanıldığını vurğulayan Cohel (pasporta adı: Məhəmməd) bildirib ki, mən İngiltərənin Birmenqam şəhərində anadan olmuşam, Suanzidə böyümüşəm və xarici sənəd və vizalarım 2019-cu ilədək etibarlıdır və heç vaxt cinayət məcəlləsinə görə bir qanuna cəlb edilməmişəm. Buna görə də ABŞ səfirliyinə məktub yazdım və bu barədə onlardan izah tələb etmişəm.

http://iqna.ir/fa/news/3577065


captcha