IQNA

Kanadada daha bir məscidə hücum edildi

12:39 - February 22, 2017
Xəbər sayı: 3481383
Kanadanın Monreal şəhərinin mərkəzində Afrika əsilli müsəlmanlar tərəfindən açılan "Tavuba" məscidini bir nəfər daşlayıb.

Kanadada daha bir məscidə hücum edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Kanadanın Monreal şəhərinin mərkəzində Afrika əsilli müsəlmanlar tərəfindən açılan "Tavuba" məscidini bir nəfər daşlayıb.

Monreal polisi mətbut katibi Rafael Bergeron məscidin qapı və pəncərələrinin daşlanaraq, qırılmasıyla bağlı 26 yaşlı bir şübhəlinin saxlanıldığını bildirib.

Bergeron saxlanılan şəxsin nifrət cinayəti və vandallıq ittihamlarıyla məhkəmə qarşısına çıxarılcağını qeyd edib.

Teqlər: kanada ، məscid ، İslam ، hücum ، iqna ، quran ، İkna ، monreal şəhəri
captcha