IQNA

İstambulda dünaynın zərlə yazılmış ən böyük Quran nüsxəsinin sərgisi + Foto

0:02 - March 09, 2017
Xəbər sayı: 3481430
Dünyanın ən böyük zərlə toxunaraq yazılmış Quran- Kərim nüsxəsi İstambulun dördüncü beynəlxalq kitab sərgisində ziyarətçilər tərəfindən maraqla qarşılandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "makkahnewspaper" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyanın ən böyük zərlə toxunaraq (qızılı toxuma) yazılmış Quran- Kərim nüsxəsi İstambulun dördüncü beynəlxalq kitab sərgisində ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Dünyanın ən böyük zərtoxunuşlu Quran- Kərim nüsxəsinin uzunluğu 80 sm, eni 60 sm. və 200 kq. olmaqla 210 metr parça istidafə edilərək hazırlanıb.

Ən böyük zərtoxunuşlu bu nəfis Quran nüsxəsi İstambulun beynəlxalq kitab sərgisinin Ərəbcə kitablar bölməsində nümayiş edilib.

İpək parça üzərində zərlə toxunmuş bu Quranı Suriyalı hüsnxətt usatsı Mahir əl-Haziri 12 il müddətində, 12 zərli cilddə və 425 səhifədə Osman Taha xətti ilə yazıb və 8 il müddətində isə hərflərin nöqtələrini qoymuşdur. Bundan sonra isə Suriyanın Quran ustadları iki il müddətində ayələrin düzgün yazılışını yoxlayıblar. İki il də yazılmış nüsxələri cildləməyə vaxt sərf edilmişdir.

İncəsənət və hüsnxətt ustası olan Mahir əl-Haziri bu nəfis Quran nüsxəsini 1998-ci ildə Suriyanın Homs şəhərində yazmağa başlamış və 2010-cu ildə başa vurmuşdur.

Zərlə toxunmuş 12 cildlik Quranın hər cildində Osman Taha xətti ilə yazılmış 2 cüz yarımlıq (50 səhifəlik) Quran ayələri yer almışdır.

Bu Quran nüsxəsi keçən həftənin bazar günü, Mart ayının 5-də İstambulun 4-cü beynəlxalq kitab sərgisinin haşiyəsindən nümayiş edilib.

http://iqna.ir/fa/news/3581966

استقبال از بزرگ‌ترین قرآن زرباف جهان در استانبول + عکس




captcha