IQNA

Qambiyanın Quranın peşəkar qiraəti üzrə iştirakçısı:

İranın Quran yarışları şiəlik barədə baxışlarımı dəyişdi

23:22 - April 25, 2017
Xəbər sayı: 3481580
"İrana səfərimdən öncə şiəlik barədə ifrat sözlər və böhtanlar eşitmişdim. Amma İran yarışlarında iştirakım zamanı şiələrin mehriban və həm də dindar olduqlarını gördüm" – qambiyalı iştirakçı deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında Qərbi Afrikanın Qambiya respublikasından Quranın peşəkar qiraəti üzrə iştirak edən 24 yaşlı Əbdül-Əziz Əli Sila dedi ki, "İrana səfərimdən öncə öz ölkəmdə şiəlik barədə ifrat sözlər və böhtanlar eşitmişdim. Amma İran İslam Respublikasına gələrək Quran yarışlarında iştirak edərək şiələrlə yaxından tanış olduğum zamanı şiələrin mehriban və həm də dinə bağlı insanlar olduqlarını gördüm".

Əbdül-Əziz Əli Sila İQNA ilə müsahibəsində vurğuladı: Şiələr barədə yanlış təsəvvürdə olmuşam. Bunu İrana səfər etdikdən sonra anladım. Şiələr eşitdiklərimin əksinə olaraq Əhl-Sünnə ilə çox mehriban və dostcasına davranırlar. Quran elmləri, qiraət məsələləri və hifz üzrə də Əhl-Sünnə ölkələrinə nisbətdə çox inkişaf ediblər.

O dedi: Mən Quranı sevirəm. İran dövləti Quran proqramları və Quran qarilərini himayə etdiyinə görə nə vaxtsa, İranı özümə yaşamaq üçün seçmək istərdim. Quranın dostları ilə dost olduğum üçün İranı da sevirəm.

Qambiyalı qari əlavə etdi: Quran- Kərimin "İsra" surəsinin 9-cu ayəsinə görə, bu müqəddəs kitab bizim hidayətçimiz, bütün dərdlərimiz və xətəliklərimizin dərmanıdır. Quran- Kərim müsəlmanlar üçün kamil bir aptekdir. Bütün ruhi və mənəvi xəstəliklər üçün xüsusi resept yazıb. Hər bir müsəlmanın vəzifəsidir ki, özünü sağaltmaq üçün Quran- Kərimə müraciət etsin və göstərişlərini həyat tərzində icra etsin.

Qeyd edək ki, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında Qərbi Afrikanın Qambiya respublikasından Quranın peşəkar qiraəti üzrə iştirak edən 24 yaşlı Əbdül-Əziz Əli Sila həm də Quran hafizidir. O, Quran- Kərimi 5 il müddətində kamil şəkildə əzbərləyə bilib.

http://iqna.ir/fa/news/3592894


captcha