IQNA

Pakistanlı hakim:

Qiraəti güclü və yaxşı olanlarla yanaşı, bəzi ölkələrin qariləri çox zəif və hazırlıqsızdır

8:11 - April 26, 2017
Xəbər sayı: 3481581
İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının hakimi: Bəzi Ərəb, Afrika və Mərkəzi Asiya ölkələrinin yarışlara qatılmış nümayəndələri Quran- Kərimin qiraəti və hifzi üzərə yaxşı nəticə göstərdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının hakimlər heyətinin tərkibində iştirak edən pakistanlı Quran ustadı Əhməd Miyan Təhanəvi bu yarışlarda icra edilən qiraət və tilavətlərin səviyyəsi barədə dedi: Bəzi Ərəb, Afrika və Mərkəzi Asiya ölkələrinin yarışlara qatılmış nümayəndələri Quran- Kərimin qiraəti və hifzi üzərə yaxşı nəticə göstərdilər.

Əhməd Miyan Təhanəvi - İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının "hifzin gözəlliyi" və "təcvid qaydaları" hakimi, İQNA ilə müsahibəsində yarışçıların hifz və qiraət sahəsində səviyyəsi barədə rəy bildirərək dedi: Hifz üzrə iştirak edənlər arasında həm güclü və gözəl hifz edənlər var və həm də çox zəifləri var. Yəni bəziləri hifz üçün nəzərdə tutulmuş yüz faiz imtiyazın hamısını əldə edirlər və bəziləri də çox zəifdirlər və lazım olan səviyyədə deyildirlər.

Pakistanlı hakim Əhməd Miyan Təhanəvi əlavə etdi: Yarışlarda bəzi ölkələrin nümayəndələrinin zəif çıxışını nəzərə alaraq, tövsiyə edirəm ki, bu ölkələr beynəlxalq yarışlara nümayəndə seçimində diqqətli olsunlar, ezamiyyət üçün ən yaxşılarını seçsinlər, çünki həmin nümayəndə bütöv bir xalqı və ölkəni təmsil edir.

O vurğuladı: Bir sıra Ərəb ölkələri, Afrika ölkələri, Əlcəzayir, Mərakeş və s... kimi ölkələrin nümayəndələri yaxşı nəticə göstərdilər. Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri arasında yaxşıları olsa da, zəifləri də çox idi. Buna görə də gələn yarışlar üçün bu ölkələr seçimlərində dəyişiklik etsələr yaxşı olar.

Bir çox ölkələrin beynəlxalq Quran yarışlarında hakim heyətinin tərkibində iştirak etmiş pakistanlı hakim Təhanəvi İranın hakimlər heyətinin tərkibi və bu heyət üçün görülmüş işləri yüksək dəyərləndirdi və İran yarışlarında məzhəb və millət çoxluğunu önə çəkərək bu yarışları İslam ümmətinin vəhdəti üçün atılmış gözəl bir addım kimi qiymətləndirdi.

captcha