IQNA

Çində Quran- Kərimin 800 illik əlyazma nüsxəsi çap edildi

6:28 - May 08, 2017
Xəbər sayı: 3481626
Çinin Qansu əyalətində Quran- Kərimin qədim və tarixi əlyazma nüsxələrində tədqiq fəaliyyətləri yönündə 800 illik əlyazma nüsxəsinin üz çıxarışı çap edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əlcəzirə" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Çinin Qansu əyalətində Quran- Kərimin qədim və tarixi əlyazma nüsxələrində tədqiq fəaliyyətləri yönündə "Qansu Çap və Nəşriyyat Mərkəzi" tərəfindən Quran- Kərimin 800 illik əlyazma nüsxəsinin üz çıxarışı çap edildi.

Tarixi qaynaqlardan əladə olunan məlumata görə, bu qədim, nadir və tarixi nüsxənin yazılışı və kitabəti miladın 11-ci əsrinə təsadüf edir. Bu əlyazma nüsxəyə əsasən demək olar ki, Çinin Qansu əyalətinin Salar tayfası 800 il öncə İslam dini ilə tanış imişlər.

Çinin Qansu əyalətinin 800 illik bu qədimi Quran nüsxəsinin üz çıxarışı dini qaynaqlarda və Quran- Kərim ətrafında tədqiqat aparanların istifadəsi üçün çap edilmişdir və satış üçün deyildir.

Bu qədimi, tarixi və nadir əlyazma Quran- Kərim nüsxəsinin 12.5 kq. çəkisi vardır və 870 səhifədir və Qansu muzeyində saxlanılır.

Ehtimal edilir ki, Qansu əyalətində yaşayan "Salar" tayfasının əcdadları yüz illər öncə Mərkəzi Asiyanı tərk edib bu regiona gələrkən bu Quran- Kərim nüsxəsini də özləri ilə gətiriblər.

Qeyd edək ki, Salar tayfası Çinin ən kiçik müsəlman azlığıdır ki, Qansu əyalətində, Çinin YangTese çayından sonra ikinci ən uzun çayı və dünyanın 6-cı ən uzun çayı olan – (5464 km) - "Sarı çay"ın sahillərində məskunlaşıblar və sayları 100 min nəfərdir.

http://www.iqna.ir/fa/news/3596779


captcha