IQNA

İİR-nın Qurani əsərləri Azərbaycan sərgisində

7:22 - May 08, 2017
Xəbər sayı: 3481627
Azərbaycan respublikasının milli kitabxanasında İran İslam Respublikasının Bakıdakı mədəniyyət əlaqələri idarəsinin həmkarlığı ilə İİR-nın Quran- Kərimlə bağlı əsərləri sərgisi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Mədəniyyət və Əlaqələr Təşkilatı"nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan respublikasının milli kitabxanası İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi və mədəni əlaqələr idarəsinin həmkarlığı ilə keçirilən İİR-nın Quran- Kərimlə bağlı əsərləri sərgisinə evsahibliyi edir.

Bu sərgidə Quran- Kərim qədimi və əlyama nüsxələri və həmçinin İran İslam Respublikasının incəsənət ustalarının dini mövzu və motivlərdə və İmam Rzanın (ə) müqəddəs hərəmi ilə bağlı hazırladığı rəsm əsərləri də sərgiyə qoyulub.

İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi və mədəni əlaqələr idarəsinin həmkarlığı ilə keçirilən sərgiyə Azərbaycan respublikasının milli kitabxanası evsahibliyi edir. Sərgi cari ilin May ayının 2-də başlayıb və bir həftə davam edəcəkdir.

Bu sərginin haşiyəsində İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi və mədəni əlaqələr idarəsinin məsulu Əsğər Farsi milli kitabxayana gələrək sərgiyə baxış keçirib və sərginin təşkilatçıları ilə görüşüb.

Azərbaycan respublikasının milli kitabxanasının məsul işçilərindən olan xanım Afiyət Sadıqova İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi və mədəni əlaqələr idarəsinin məsulları ilə görüşdə sərginin yaxşı qarşılandığına işarə edərək iranlı rəsmilərə sərginin keçirilməsində həmkarlıq etdikləri üçün öz təşəkkünü bildirib.

http://www.iqna.ir/fa/news/3596868


Teqlər: iqna ، bakı ، İİr ، quran sərgisi
captcha