IQNA

"Həşd Şabi" Sincar hərbi bazasını İŞİD-dən azad etdi

13:55 - May 27, 2017
Xəbər sayı: 3481698
İraq Xalq Könüllü Qüvvələri (Həşd Şabi) Neynəva vilayətinin cənubunda yerləşən Sincar hərbi bazasını İŞİD terror təşkilatından azad edib.


Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraq Xalq Könüllü Qüvvələri ("Həşd Şabi") Neynəva vilayətinin cənubunda yerləşən Sincar hərbi bazasını İŞİD terror təşkilatından azad edib.

Bazanın alınması üçün baş verən qarşıdurma zamanı onlarla terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Terrorçulara aid çox sayda hərbi texnika və silah-sursatın da ələ keçirildiyi qeyd olunub.

"Həşd Şabi" qüvvələri terrorçuların Sincar hərbi bazası ərazisində yerləşdirdiyi mina və partlayıcı qurğuları təmizləməyə başlayıb.

captcha