IQNA

Mövsüm Səmədovun məhkəmə iclasının tarixi dəyişdirildi

10:52 - June 12, 2017
Xəbər sayı: 3481747
AİP-in həbsdə olan sədri Mövsüm Səmədovun vəkili məhkəmə iclası üçün təyin olunmuş zamanın bir başqa günə dəyişdirilməsindən xəbər verib.

Mövsüm Səmədovun məhkəmə iclasının tarixi dəyişdirildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Sahartv-yə istinadla verdiyi məlumata görə, İslam Partiyasının üzvləri Qobustan həbsxanası önündə aksiya keçirərək, Mövsüm Səmədovun bu zindana köçürülməsinə etiraz ediblər. Bunu nəzərə alaraq, məhkəmə bu işə baxılması üçün məhkəmə iclasının tarixini 17 iyuna dəyişib.

Mövsüm Səmədov 2011-ci ildə orta məktəblərdə hicab qadağasına etiraz etməsinə görə müavini Hacı Vaqif Abdullayev ilə birlikdə həbs də dövlət əleyhinə çevrilişə cəhd ittihamı ilə 12 il həbsə məhkum edildi.

captcha