IQNA

Səmədov 3 il müddətinə Qobustana göndərildi

10:46 - June 15, 2017
Xəbər sayı: 3481757
Doktor Mövsüm Səmədovun Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

Səmədov 3 il müddətinə Qobustana göndərildi

"İslaminSesi"nin məhkəməni izləyən əməkdaşının verdiyi məlumata görə, prosesə sədrlik edən Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədov doktor Mövsüm Səmədovun 3 il müddətində Qobustan təcridxanasında cəza çəkməsinə qərar verib.

Qaradağ rayon məhkəməsinin zalının kiçik olmasına görə, hamının iştirakı mümkün olmayıb. Hətta Möhsün Səmədovun 12 yaşlı qızı da məhkəmə zalına girə bilməyib.

Mövsüm Səmədov 2011-ci ildə tənqidçi çıxışından sonra hakimiyyəti güclə ələ keçirməyə cəhd göstərmək ittihamı ilə 12 il azadlıqdan məhrum edildi.

Mövsüm Səmədov 2014-cü ildə Qobustan Qapalı təcridxanasına göndərilmişvə 2016-cı ildə Qobustan təcridxanasından 12 saylı CÇM-yə qaytarılmışdı.

captcha