IQNA

Müxtəlif ölkələrdə FİTR bayramı mərasimi

12:46 - June 21, 2017
Xəbər sayı: 3481781
Müsəlman ölkələrinin hər birində və dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Fitr bayramını özlərinəməxsus şəkildə qeyd edilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fitr bayramı hər il mübarək Ramazan ayının sonunda müsəlmanlar tərəfindən təntənəli şəkildə keçirilən İslami ayinlərin ən mühümlərindən biridir.

Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman azlıqlar da bu bayramı yaşadıqları ölkələrdə olan qanunlar çəçivəsində Fitr bayramını sevinclə keçirirlər.

Bəzi ölkələrdə yaşayan müsəlmanlar mübarək Ramazan ayının sonunda üç gün Fitr bayramı şənliyi edirlər. Və bu münasibət ilə həmin müsəlman ölkələrində üç gün tətil elan edilir. Bəzi müsəlmanlar isə qeyri- İslami ölkələrdə yaşadıqları üçün bu bayramı öz aralarında qeyd etsələr də dövlət tərəfindən bayram münasibəti ilə xüsusi bir tədbir və ya tətil yoxdur.

"Metro" xəbər və informasiya portalı İngiltərədə yaşayan müsəlmanların Fitr bayramı şənliyi haqqında yazır: Ramazan ayının sonunda Fitr bayramı keçirilir. Bayram günü ilk saatlarda müsəlmanlar bayram namazı qılırlar. Namazdan sonra müsəlmanlar bazara gedir halal qida məhsulları alırlar. Bəzi ticarət mərkəzləri bayram münasibəti ilə xüsusi endirim edirlər.

"Timeanddate" xəbər və informasiya portalı ABŞ-da keçirilən Fitr bayramı barəsində yazır: ABŞ-da Fitr bayramı günü tətil yoxdur. Amma Nyu-Yorkun ümumi təhsil ocaqları bu bayram günü tətil edilir. Bayram günü İslami bazarlar da daha tez bağlanır. Müsəlmanlar işləyən müxtəlif məşğuliyyət sahələri bayram günü az işləyirlər. Kanada və Avstraliyada da vəziyyət ABŞ-dakı kimidir.

Hindistanda isə Fitr bayramı günü ölkənin rəsmi tətil günlərindən biridir. Həmin gün dövlət idarələri, banklar, poçt idarələri və digər rəsmi müəssisələr tətildir. Müsəlmanların iş yerləri də həmin gün ya qısaldılmış iş rejiminə keçir və ya işi tətil edirlər. Hindistanlı müsəlmanlar bayram keçirmək və bayram namazını qılmaq üçün böyük bir ərazini hazırlayır. Bayram namazından sonra isə Qüds günü münasibəti ilə böyük və izdihamlı yürüş keçirilir.

"Office Holidays" xəbər və informasiya portalının Pakistan müsəlmanlarının Fitr bayramı ayini barədə yaydığı məlumatda deyilir: Pakistanlıların Fitr bayramı mərasimi "Şirkurma" adlanır. Pakistanda dövlət bu bayram münasibəti ilə üç gün rəsmi tətil elan edir. Pakistanlılar hər il bu bayram münasibəti ilə ənənəvi şirnilərini hazırlayırlar. Bu şirini süd və şəkərdən hazırlanır. Bu şirini bayram namazından sonra digər bayram sovqatları ilə birgə camaat arasında paylanılır.

Türkiyə isə Fitr bayramına "Ramazan vəliməsi" deyirlər və bu münasibətlə ölkədə üç gün rəsmi tətil elan edilir. Bu günlərdə uşaqlara dəsmala bükülmüş pul və şirini bayram hədiyyəsi olaraq verilir.

İndoneziyada isə Fitr bayramına "Libran" deyirlər. "Libran" bayramında dövlətin bütün işçilərinə əlavə maaş və hüquq verilir.

Sinqapur müsəlmanları Fitr bayramı günü yeni və təmiz geyimlər geyinərək bayram namazı qılanan yerə gəlirlər. Namazdan sonra isə valideynlərin və böyüklərin görüşünə gedirlər, onlara təşəkkür edib, halallıq alırlar. Onların inancına görə böyüklərdən halallıq almaq çox ciddi və mühüm bir məsələdir. Onlar daha sonra isə yaxınları və dostlarının görüşünə gedirlər. Evsahibləri qonaqları qarşılayır və uşaqlara bayram hədiyyəsi verirlər.

http://iqna.ir/fa/news/3611893


captcha