IQNA

Müsəlmanların ən müqəddəs ziyarətgahına hücumun qarşısı son anda alındı

11:07 - June 24, 2017
Xəbər sayı: 3481788
Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti cümə günü terror hücumunun qarşısını ala bilib. Qeyd edilir ki, cinayətkarların hədəfi Məkkə şəhərində yerləşən Məscidül-Həram olub.

Müsəlmanların ən müqəddəs ziyarətgahına hücumun qarşısı son anda alındı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti cümə günü terror hücumunun qarşısını ala bilib. Qeyd edilir ki, cinayətkarların hədəfi Məkkə şəhərində yerləşən Məscidül-Həram olub.

Təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Mənsur ət-Turki bildirib ki, terrorçular eyni anda ölkənin 3 müxtəlif yerində hücumlar törətməyi planladırırmışlar. Hücumlardan biri Ciddə, digər 2-si isə Məkkə şəhərini hədəf alıbmış.

Ölkənin DİN qeyd edib ki, xüsusi təyinatlılar Məkkə şəhərinin əl-Asilya və Əcyad kvartallarında terrorçuların saxlanılması üzrə əməliyyat keçiriblər. Əcyad kvartalı isə Məscidül-Həramın birbaşa yaxınlığında yerləşir.

Bəyanata əsasən, terrorçu-kamikadze Əcyad kvartalındakı yaşayış binalarının birində gizlənib və hüquq-mühafizə orqanlarının silahı yerə qoyaraq təslim olmaq tələbinə heç bir reaksiya verməyib. Cani təhlükəsizlik xidməti əməkdaşlarına atəş açıb. Bundan sonra isə özünü partladıb. Nəticədə partlayış baş verən bina çöküb, 6 xarici ölkə vətəndaşı və 5 hüquq-mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Məscidül-Həram məscidinin düz mərkəzində müsəlmanların ən müqəddəs ziyarətgahı olan Kəbə yerləşir.

captcha