IQNA

Məscidül-Əqsada fələstinlilərə hücum

11:22 - July 18, 2017
Xəbər sayı: 3481882
Fələstin Milli Təşəbbüs layihəsinin baş katibi Müstafa Bərğusi başda olmaqla 50 fələstinli dünən gecə Qüdsü işğal edən rejimin hərbçilərinin Məscidül-Əqsaya hücumunda yaralanıblar.

Məscidül-Əqsada fələstinlilərə hücum

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumata görə, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Bərğusi sionist hərbçilər tərəfindən baş nahiyyəsindən güllələnib.

Bu məlumata görə, Bərğusu Beytül-Müqəddəsin Əl-Məqasid xəstəxanasına yerləşdirilib.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejimin Məscidül-Əqsada Əl-Basit qapısı yaxınlığında namaz qılanlara vəhşicəsinə hücumunda ən azı 50 fələstinli yaralanıb.

Qüdsü işğal edən rejimin hərbçiləri cümə günü də Əl-Basit qapısında 3 fələstinli gənci şəhid etdilər.

Bu vəhşi hərəkətdən sonra sionist hərbçilər bu rejimin baş naziri Benyamin Netanyahunun göstərişi əsasında Məscidül-Əqsanın qapılarını fələstinli namaz qılanlar və baxış keçirənlərin üzünə bağladılar və Cümə namazının bu müqəddəs məkanda qılınmasına mane oldular.

Son 50 ildə misli görünməmiş bu hərəkət bir çox müsəlman ölkə və beynəlxalq təşkilatların rəsmilərinin o cümlədən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsününreaksiyasına səbəb oldu.

Sionist rejimin baş naziri şənbə günü işğal olunmuş ərazilərin daxilində və xaricdə geniş etirazlarla qarşılaşdıqda Məscidül-Əqsanın qapılarının bağlanmasına dair verdiyi göstərişdən vaz keçməli oldu.

Teqlər: iqna ، quran ، islamofobiya ، məscid
captcha