IQNA

“İslami memarlıq irsi” mövzusunda ilk beynəlxalq konfrans keçiriləcək

10:06 - July 19, 2017
Xəbər sayı: 3481885
Malayziyanın Selangor əyalətinin Şah Aləm şəhərində avqustun 21-22-də İslami Memarlıq irsi ilə bağlı iki günlük beynəlxalq kofnrans keçiriləcək.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, konfrans Malayziyanın Beynəlxalq İslam Universitetinin ev sahibliyi ilə keçiriləcək. Konfransın keçirilməsindən məqsəd İslami Memarlıq sahəsində müxtəlif ekspertlərlə fikir mübadiləsi aparmaq və İslami Memarlıq irsini qorumaqdır.

Konfransda dünyanın müxtəlif ölkələrindən İslami Memarlıq və tikinti üzrə ekspertlər və dizaynerləriştirak edəcək. İslami Memarlıqda ictimai, mədəni amillərin və ekologiyanın təsiri, memarlıqda texnologiya və yeniliklər kimi məsələlər müzakirə olunacaq.

captcha