IQNA

Fransalı cütlükdən Quran öyrədən gəlincik

18:09 - July 24, 2017
Xəbər sayı: 3481900
Fransada yaşayan müsəlman ailə yeni bir gəlincik hazırlayıb ki, gəlincik uşaqlara Quran təlim edir.


Fransalı cütlükdən Quran öyrədən gəlincik

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.İnfo-a istinadən məlumatına görə, Samira Amarir və Adil-Amesrouh gəlincikləri Çinin Şanto şəhərində istehsal etdirib.

Quran müəlliməsi olan Samira bildirir ki, 4 yaşlı qızıma Quran öyrətmək istəyirdim və bunun üçün Quran surələrini öyrədə bilən gəlincik layihələşdirdim. "Yoldaşımla birlikdə Çinə səfər etdik və orada bu gəlinciyin istehsalı üçün sifariş verdik. Hazırladığımız gəlincik Fransanın Şantiyi şəhərində yaşayan dostlarımızın böyük marağına səbəb oldu. Bundan sonra biz gəlinciklərin daha çox həcmdə istehsal edib və satışa çıxarılmasına qərar verdik”.

"Cənnət" adlanan bu gəlinciklər hazırda BƏƏ-də satılır.

Samira deyir ki, uşaqlara Quran təlimi qaydaları çox qədimidir və bu gün lazımdır ki, günün tələbinə uyğun uşaqlar üçün də yeniliklər edilsin.

Teqlər: fransa ، iqna ، quran ، İslam ، namaz ، məscid
captcha