IQNA

Fələstinli hafiz 5 saatda bütün Quran- Kərimi qiraət etdi

9:49 - August 04, 2017
Xəbər sayı: 3481933
Fələstinli Quran- Kərim hafizi Məhəmməd ər- Raii Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində yaşayır. O, bütün Quran- Kərimi hifzdən 5 saat ərzində qiraət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fələstin mətbuatına istinadla verdiyi xəbərə görə, fələstinli Quran- Kərim hafizi Məhəmməd ər- Raii Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində yaşayır.

Bu Quran- Kərim hafizi cari həftənin 3-cü günü, 2 Avqust 2017-ci il tarixində bütün Quran- Kərimi əzbərdən 5 saat ərzində və bir məclisdə qiraət etdi.

O, qiraətinə səhər saat 7:00-da başlayıb və günorta vaxtı saat 12:00-da bütün Quran- Kərimi 5 saat müddətinə xətm edib.

Xalid Əbunədi – Rəfəhin Quran və Sünnət idarəsi şurasının rəisi, bu barədə dedi: Əqsa məscidinin azadlığı və mübarək məkanda namaz qılmaq üçün ilk addımı Quran hafizləri atacaqlar və Quran hafizləri azadlıq ordusunun öndə gedəni olacaqlar.

O əlavə etdi: Bizim idarəmizin əsas hədəfi Qurani və sünnəti əxlaq və rəftar ilə təchiz olunmuş yeni cavan nəsil yetişdirməkdir.

http://iqna.ir/fa/news/3626591


Teqlər: iqna ، quran ، hafiz ، qiraət
captcha