IQNA

İraqda Quranın hifzi və qiraəti üzrə bacarıqlı kadrların tanınması layihəsi sona çatdı

9:00 - August 09, 2017
Xəbər sayı: 3481952
İraqın Quran- Kərimin qirət və hifzi üzrə istedadlı və bacarıqlı kadrlarının tanınması layihəsinə nəzarət komitəsi bu layihənin ilk mərhələsinin icrasının Kərbəlada sona çatdığını xəbər verib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" Quran Xəbər Agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Quran- Kərimin qirət və hifzi üzrərə istedadlı və bacarıqlı kadrlarının tanınması layihəsinə nəzarət komitəsi bu layihənin ilk mərhələsinin icrasının Kərbəlada sona çatdığını xəbər verib.

İraqda Quran- Kərimin qirət və hifzi üzrərə istedadlı və bacarıqlı kadrlarının tanınması layihəsinə nəzarət komitəsinin üzvü Məhəmməd Baqir əl- Mənsuri bu xəbəri elan edərək dedi: Bu layihənin ilkin mərhələsi Quran- Kərimin tilavət və hifzi üzərə ixtisaslaşdırılmış dərslərin mahir ustadların tədrisi və Quran öyrəncilərinin çalışqanlığı ilə bir ay müddətində başa çatdı.

Məhəmməd Baqir əl- Mənsuri əlavə etdi: İlkin mərhələ başa çatdı və bu mərhələdə iştirak edən Quran öyrənciləri ikinci mərhələni başlmazdan öncə beş gün istirahət edəcəklər.

Bu layihənin daha geniş və ətraflı kursunda iştirak edəcək şagirdlər İraqın müxtəlif əyalətlərindən seçilmiş min nəfər bacarıqlı və istedadlı Quran qarisi və hafizinin arasından imtahan vasitəsi ilə seçiləcəkdir.

Daha geniş mərhələnin keçirilmə hədəfi isə İraqın "1000 Quran hafizi" layihəsinin icrası istiqamətində dərslərdə iştirak edənlər arasından daha bacarıqlı və istedadlı qari və hafizləri seçmək və onları beynəlxalq Quran yarışlarına hazırlaşdırmaqdır.

http://iqna.ir/fa/news/3627958

captcha