IQNA

Fələstin İslam Hərəkatının lideri Şeyx Raid Salah həbs edilib

12:47 - August 16, 2017
Xəbər sayı: 3481975
Sionist İsrail rejim polisi "1948 Fələstin İslam Hərəkatı”nın lideri Şeyx Raid Salahı həbs edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Raid Salah Ummul Fəhimdəki evinə edilən basqın zamanı saxlanılıb.
Məlumatda bildirilir ki, ötən gün işğalçı rejim polisi R.Salahın evinə basqın edib, evdə axtarış apardıqdan sonra onu həbs edib.
İşğalçı rejim polisi elan edib ki, Salah zorakılığın yayılması və fəaliyyəti qadağan edilmiş İslami Hərəkatın fəaliyyətlərini dəstəklədiyi üçün saxlanılıb və onun barəsində cinayət işi açılıb.
Sionist rejim "əl-Əqsa" məscidində baş verən son qarşıdurmalardan sonra Şeyx Salaha qarşı təzyiqləri artırmışdı. Onu fələstinliləri "əl-Əqsa" məscidində sionistlərə qarşı zorakılığa təşviq etməkdə günahlandırırdı.
Qeyd edək ki, Raid Salah indiyədək dəfələrlə sionist rejim qüvvələri tərəfindən həbs olunub. Sonuncu dəfə ötən ilin may ayında xütbələrində zorakılığı yaymaq ittihamı ilə 9 ay azadlıqdan məhrum edilmiş və cari ilin yanvar ayında azadlığa çıxmışdır. /maide.az/

Teqlər: iqna
captcha