IQNA

Məscidul-Əqsanın yandırılması İslam ümmətinin qüdrət və böyüklüyünü hədəfə almış cinayət idi

11:25 - August 22, 2017
Xəbər sayı: 3482000
Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qırx səkkiz il öncə, Qüdsün şərq hissəsinin işğalından iki il sonra, yəni 1969-cu ilin Avqust ayının 21-də müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidi avstraliyalı yəhudi Denis Maykl Ruhan tərəfindən od vurularaq yandırıldı.


Bu hadisədən 48 il keçməsinə baxmayaraq o yanğının od-alovu hələ də müsəlman ümmətinin, xüsusilə də fələstinlilərin ürəklərində alovlanmaqdadır.

Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.

Tarixi sənədlərə görə, alov şölələri həmin gün Əqsa məscidinin şərq hissəsindəki müsəllasını yandırdı. Bu müsəllada olan bütün tarixi əşyalar və Quran nüsxələri yandı. Məscidin binası elə ağır zərbə aldı ki, bu binanın təmiri uzun illər vaxt apardı.

Bu yanğın zamanı məscidin tarixi mənbəri ki, Səlahuddin Əyyubi zamanında Beytul- Müqəddəsi səlibilərdən geri aldıqdan sonra 1178-ci ildə Hələbdən gətirilmişdi, yandı. Həmin mənbəri sultan Nuriddin Zəngi Əqsa məscidinin azad ediləcəyi gün üç düzəltdirmişdi.


Sonrakı tədqiqatlar göstərdi ki, yandırıcı maddələri "əl-Qibla" müsəllasının daxil və xaricinə tökərək müsəllaya od vurub yandırırlar. Bundan sonra isə işğalçı rejim qəsdən müsəllanın və həmin ətrafın suyunu bağlayır. Yanğın söndürən maşınların gəlməsini ləngidir. Belə ki, fələstinlilər alov şölələrini öz libasları və Əqsa məscidinin quyularında qalmış su ilə söndürməyə çalışırlar.

تلاش اهالی قدس برای خاموش کردن اتش مسجد الاقصی

İsrailin o zamankı baş naziri Qolda Meir o zaman demişdi: "Əqsa məscidi yandırılan gecə mən səhərə qədər yata bilmədim və inanırdım ki, sabah İsrail məhv olacaqdır. Amma sübh oyananda gördüm ki, Ərəblər çox ağır və dərin yuxuya dalıblar".

http://www.iqna.ir/fa/news/3632711/


Teqlər: iqna ، fələstin ، Əqsa məscidi
captcha