IQNA

Ayətullah Təsxiri dedi:

Quran zorakılıq və kobudluq öyrədən təfsirlərə qarşıdır

0:12 - August 23, 2017
Xəbər sayı: 3482006
Ayətullah Təsxiri – İslam dünyası işlərində Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin müşaviri, vurğuladı: Quran ayələrinin zorakılığı təbliğ edən hər cür təfsiri Quranın ziddinədir.
 Çinin

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranda İslami Əlaqələr və Mədəniyyət Təşkilatının evsahibliyi ilə "dini dialoqların doqquzuncu iclası" keçirilir. İclasda İranın dini və mədəni dialoqlar mərkəzi və beynəlxalq kilsə şurası iştirak edir.

"Müqəddəs mətnlərin təfsirinin zorakılıqdan azad bir dünya yaratmaqda təsiri" devizi ilə keçirilən bu iclasda Ayətullah Təsxiri – İran İslam İnqilabının Ali Rəhbərinin "İslam Düyası İşləri" üzrə məsləhətçisi, çıxış edib.

Ayətullah Təsxiri – İslam dünyası işlərində Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin müşaviri, müharibə əsirlərinin bağışlanması və hüquqlarının riayət olunmasını məsələsini Quran- Kərimin xüsusi önəm verdiyi məsələlərdən olduğunu önə çəkərək vurğuladı: Quran- Kərim insanlar üçün zoraklıq və kobudluqdan paklanmış bir dünya təsəvvür edir və Quran ayələrinin zorakılığı təbliğ edən hər cür təfsiri Quranın ziddinədir.

Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin İslam dünyası işlərində müşaviri dedi: Mən söhbətim dini mətnlərin İslami təfsirlərində əsaslı dəyişikliyi və islahatı barədədir. Bu təfsiri digər dinlərin dini mətnlərində də icra etmək olar. Müsəlmanlar müqəddəs kitabı, yəni Quranı əvvəllərdə indiki tərtibi əsasında təfsir edirdilər. Bu təfsir növündə insan Quran ayələrindən öz anladığı mənada məhbusdur.

Ayətullah Təsxidir əlavə etdi: Tərtibi təfsir növündən sonra "mövzu əsasında təfsir növü" meydana gəldi. Yəni təfsirçi bir mövzu ətrafında nazil və eyni mövzudan danışan bütün ayələri bir yerə yığaraq tək-təkini incələyir və bir mövzuda olan bütün ayələri nəzərə alaraq təfsir edir. Bu təfsir növü də o qədər faydalı və bütün məsələləri əhatə edən bir metod olmadı.

O vurğuladı: Daha sonra isə mərhum ustad Şəhid Seyid Məhəmməd Baqir Sədr "mövzu əsasında təfsir metodu"nda yeni dəyişiklik etdi. Belə ki, təfsirçi əvvəlcə Quranı həmin tərtibi təfsir metodu ilə təfsir edir. Sonra həyatın mühüm məsələləri barədə olan mövzuları araşdırır, insani təcrübələrdən istifadə edərək bu mövzularda yaranmış sualların cavablarını Qurandan axtarır. Bu axtarış zamanı həmin mövzuda olan bütün ayələri bir yerə cəm edir və suallarına məntiqi cavab tapır.

Ayətullah Təsxidir dedi: Bu metodda insan əvvəlcə bütün məlumatını yoxlayır, təcrübələrdən doğan sualları mətiqi ardıcıllıqla Qurana ərzə edir. Buna görə də bu təfsir növündə təfsirçinin təfsir metodu daha təsirlidir. Və bu metodu bütün müqəddəs mətnlər üzərində icra etmək olar.

O vurğuladı: Əlbəttə bu işi hər insan görə bilməz. Bunun üçün Quran, müasir elmlər, ictimai və məntiqi elmlər öyrənilməlidir. Hər yerindən duran zorakı vəhşi Quran təfsir etmək bacarığına qadir və layiq deyil. Quranla üzləşən insan savadlı olmalı, suallarını alimcəsinə açıqlamalı və alimcəsinə cavab axtarmalıdır.

Ayətullah Təsxiri əlavə etdi: Quranın təfsiri xüsusi imkanlar və istedadlar istəyir və hər sadə vətəndaş həyatın məsələləri qarşısında Quran mövqeyindən çıxış edə bilməz. Bunun üçün elmdən əlavə təfsirçi ruhani və mənəvi bir saflığa da çatmalıdır. Necə ki, İmam Əli (ə) buyurur: "Quranun hüzurunda oturduğunuz zaman onu dilləndirin. Quran sizinlə bu asanlıqla söhbət etməyəcək. Amma mən sizə deyirəm ki, Quran uzun gələcəyi göstərir, keçmiş insanların tərcübələrini öyrədir, xəstələrə şəfa verir və dünya işlərinizi tənzimləyir".

Ayətullah Təsxiri – İslam dünyası işlərində Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin müşaviri, vurğuladı: Əgər biz bütün müqəddəs mətnlərdən soruşsaq ki, "zorakılıqdan təmiz və pak bir dünyanı necə icad edək?", hamısının cavabları "ədalət" olacaqdır. Çünki bütün dini mətnlərin dəvəti "ədalət" məfhumunadır və həmişə pislədikləri məfhum "zülm"dür. Hər yerdə ədalət yaxşıdır və zülm pisdir. Quran heç vaxt zorakı bir cəmiyyətin yaranmasına razı deyil. Quran həmişə insanlığa və əxlaqi dəyərlərə söykənmiş bir cəmiyyətin yaranmasının tərəfdarı olub. Və Quranın həmişəlik xətti və yolu "rəhmət" yoludur. Necə ki, bütün işlərdə insanlara "Bismillahir-rəhmanir-rəhim" deməyi əmr edir. Və bu bir sətir cümlə İslamın ana xəttidir.

Bu iclasın davamında "Dünya Kilsə Şurası"nın üzvü Jan Klod Bast da çıxış edərək müqəddəs mətnlərdəki təfsir metodlarından, dini mətnlərin müqayisəsindən danışdı və dedi: Quran və İncili müqayisə etmək çox çətindir. Çünki İncildə Quranla müqayisədə zorakılıq daha çox hiss olunur.

http://www.iqna.ir/fa/news/3633364

تفاسیر خشونت‌آمیز مخالف قرآن است

تفاسیر خشونت‌آمیز مخالف قرآن است

Teqlər: quran ، incil ، iqna ، təsxiri
captcha