IQNA

Atendə tikiləcək ilk məscidin tikintisinə nəzarət şurası təşkil edilib

1:58 - August 24, 2017
Xəbər sayı: 3482014
Yunanın Dini İşlər Nazirliyi Atendə tikiləcək ilk rəsmi məscidin tikintisi icrasına nəzarət şurası təşkil edərək bu məscidin tikilməsinin sürətləndirilməsi yönündə daha bir addım atmış oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yunanın Dini İşlər və Dini Təlim Nazirliyi cari həftənin ikinci günü, 22 Avqust 2017-ci il, Atendə tikiləcək ilk rəsmi məscidin tikintisi icrasına nəzarət şurası təşkil edərək bu məscidin tikilməsinin sürətləndirilməsi yönündə daha bir addım atmış oldu.

Bu şura yeddi nəfər üzvdən təşkil olunub ki, bunlardan ikisi nazirlik nümayəndəsi, iki nəfəri şəhər meriyasının nümayəndəsi, digər iki nəfəri Aten müsəlman cəmiyyətinin nümayəndəsi və bir nəfəri də hüquqi ekspertdir.

Yunanın dini işlər nazirliyinin vəzifəli şəxslərindən biri, Konstantinus Pitadakis bu şuranın rəhbərliyini öhdəsinə götürmüşdür.

Məscidin tikintisinə nəzarət şurasında Aten şəhər meriyasının nümayəndəsi olan Nila Papaçila dedi: Bəzi Yunan vətəndaşları bu şəhərdə məscidin tikilməsindən qorxurdular. Buna görə də şura üzvləri xalqı tam arxayın etdilər ki, bu məscid bütün atenlilər və müsəlmanlar üçün təhlükəsiz və həm də faydalı bir məkan olacaqdır.

Qeyd edək ki, yunanlı müsəlmanlar uzun illər idi ki, bu ölkədə özlərinə aid bir ibadət ocağı tikmək üçün mədəni mübarizə aparırdılar.

Yunanda sonuncu dəfə məscid Osmanlı imperatorluğu zamanında tikilib və Osmanlıların süqutundan sonra bu ölkədə məscid tikintisinə icazə verilməyib.

http://www.iqna.ir/fa/news/3633698


Teqlər: iqna ، yunan ، aten ، məscid
captcha