IQNA

Beynəlxalq yarışlarda beş dəfə ilk üçlükdə olan misirli cavan qari:

Arzum budur ki, mənim adıma "qiraət metodu" yazılsın

1:05 - August 30, 2017
Xəbər sayı: 3482053
İndiyədək beş beynəlxalq Quran yarışında ilk üçlküdə olmuş, Misirin cavan Quran qarisi İzzət Seyyid Raşidin 32 yaşı var və onun adına "tilavət səbki"nin (metodu) olması ən böyük arzusudur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Misirin cavan qarisi İzzət Seyyid Raşidin otuz iki yaşı var və o indiyədək beynəlxalq Quran yarışlarında beş dəfə ilk üçlükdə olub, o cümlədən 2012-ci ildə İİR-nın 29-cu beynəlxalq Quran yarışlarında ikinci yeri və "əl-Kövsər" peyk tv kanalının beynəlxalq Quran yarışlarında birinci yeri qazanmışdır.

İndiyədək beş beynəlxalq Quran yarışında ilk üçlküdə olmuş, Misirin cavan Quran qarisi İzzət Seyyid Raşidin 32 yaşı var və onun adına "tilavət səbki"nin (metodu) olması ən böyük arzusudur.

İzzət Raşid Quransevərlər ailəsində dünyaya göz açmış və böyümüşdür. Atası Şeyx Seyyid Raşid və böyük qardaşı Quran qarisi olublar. Digər qardaşı isə Misir radiosunda "mübtəhil" (dini nəğmə, İlahinamə, nəşid və münacat oxuyan və s...) kimi fəaliyyət göstərmişdir.

Belə bir mühit bu 32 yaşlı cavanın dünya səviyyəsində bir qari kimi tanınması və məşhur olmasında böyük təsirə malik olmuşdur. O, beş beynəlxalq Quran yarışında ilk üçlükdə olan təkcə qaridir və Bəhreynin 2014-cü ildə interet üzərindən keçirdiyi "Ümumdünya Qarisi" adlı yarışın seçilmiş beş qarisindən biridir ki, bu beş qariyə "Dünya Qarisi" ləqəbi verilmişdir.

Bundan əlavə o, 2012-ci ildə İraqın "maarif radiosu"nun təcvid yarışlarında birinci yeri, İranın 2012-ci ilin Quran qiraəti yarışlarında ikinci yeri, 2011-ci ildə "əl-Kövsər" peyk tv kanalının beynəlxalq Quran yarışlarında birinci yeri və və Liviyanın "Əl-Fateh" beynəlxalq Quran yarışlarında hifz və təcvid üzrə birinci yeri qazanmış və bundan əlavə Misirin daxili yarışmalarında da bir çox yerləri əldə etmişdir.

Misirin "əl-Yəvm əs-Sabe" qəzetinə müsahibə verən İzzət Seyyid Raşid əlavə edib: Orta məktəbi bitirdikdən sonra Əl-Əzhərə qəbul oldum. Ətiyyə Ədəsin yanında bir il yarıma Quranı hifz etdim. Qiraətin muğam məqamlarını və təcvidi böyük ustadlardan öyrəndim. 2006-cı ildə Əl-Əzhər universitetinin Kimya və Təbiət fakültəsinin məzunu oldum. Həmin illərdə peşəkar Quran qiraəti şəhadətnaməmi də aldım. Bir sıra yarışlarda iştirak edib tanındıqdan sonra Bəhreyn, Mərakeş, Türkiyə, İran, İraq, Liviya, Belçika, Avstraliya, İndoneziya, Küveyt, Hollandiya, Fransa və Almaniya kimi ölkələrdə Qurani səfərlərdə oldum.

İzzət Seyyid Raşid deyib: Mən 2010-cu ildən radioda da çalışmışam və tilavətlərim radiodan yayılıb. Əlbəttə cəmiyyət arasında ilk qiraətim on yaşımda ikən Ramazan ayının səhərində baş tutub.

O, sonda bildirib ki, ən böyük arzusu özünün xüsusi qiraət və tilavət "səbki" (qiraət metodu) ilə tanınmasıdır. Belə ki, hamı bilsin ki, bu tilavət İzzət Seyyid Raşid qiraətidir.

http://www.iqna.ir/fa/news/3635555

قاری جوان مصری با پنج عنوان جهانی / آرزو دارم سبکی به نام من ثبت شود

القارئ المصري

القارئ المصري

قاری جوان مصری با پنج عنوان جهانی / آرزو دارم سبکی به نام من ثبت شود

قاری جوان مصری با پنج عنوان جهانی / آرزو دارم سبکی به نام من ثبت شود
captcha