IQNA

Asiyanın cənub şərqində İslamın gözəçarpacaq dərəcədə inkişafı;

Nepal müsəlmanların sayı yüz min nəfəri keçdi

11:43 - September 04, 2017
Xəbər sayı: 3482091
Statistikaya görə, müsəlman cəmiyyətlərinin üzləşdiyi bütün problemlərə rəğmən, son on beş ildə Nepalda yaşayan "hindu" əsilli müsəlmanlarının sayı 100 min nəfəri keçib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son statistikalar göstərir ki, müsəlman cəmiyyətlərinin üzləşdiyi bütün problemlərə rəğmən, son on beş ildə Nepalda yaşayan "hindu" əsilli müsəlmanlarının sayı 100 min nəfəri keçib.

"Hindu, buddist və müsəlmanların sülh şəraitində, münaqişəsiz, ixtilafsız və dostcasına yaşayan Nepal ölkəsi son illərdə İslam dininin sürətlə yayıldığı ölkələrdən biridir" – deyə Nepalın İslam Cəmiyyətinin rəisi Xurşid Aləm bundan şad olduğunu vurğulayıb.

O əlavə edib: Bu sülhamiz və dostcasına rəftarın kənarında bəzən xoşagəlməz hallar da baş verir ki, bu da əsasən bir buddist və ya hindu İslam dini qəbul edərkən müşahidə edilir. Belə ki, müsəlmanlığı qəbul edən həmin hindi və ya buddist öz qəbilə və tayfasının radikalları tərəfindən tayfadan qovulur və təzyiqlərə məruz qalır.

Xurşid Aləm – Nepal İslam Cəmiyyətinin rəisi vurğuladı: Bəzən bir buddist və ya hindunun müsəlman olması həmin adamın ailəsinin irsindən məhrum edilməsi və ya tayfadan qovulması ilə müşahidə olunur. Həmçinin cəmiyyətdə də bir sıra problemlərlə üzləşir. Amma yeni müsəlmanların üzləşdiyi bütün problemlərə rəğmən, son on beş ildə Nepalda yaşayan müsəlmanlarının sayı 100 min nəfəri keçib. Və həqiqətən də İslam dininin bu ölkədə sürətlə inkişafı hamını təəccübləndirir.

Qeyd edək ki, Nepalın 29 milyonluq əhalisinin 81%-ini hindular, 9%-ini buddistlər və 5%-ini müsəlmanlar təşkil edir. Qalan əhali isə "məsihilik" və digər dinlərin davamçılarıdırlar.

http://www.iqna.ir/fa/news/3638088


Teqlər: iqna ، nepal ، hindu ، buddist ، İslam
captcha